İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:01 | 26 iyun 2018 | Çərşənbə axşamı
Məqaləyə 1938 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Tehranda xalq, ölkədəki iqtisadi problemləri və valyuta məzənnəsində baş verən yüksəlişə etiraz etmək üçün küçələrə çıxıb. İran Məclis sədrinin mavini Məsud Pizişkiyan, iqtisadi böhran səbəbilə “fövqəladə hal elan edilməsi və ölkənin əyalət sistemi ilə idarə olunması” lazım olduğunu bildirib.
“Anadolu Agentliyi” xəbər verir ki, İran Məclis sədrinin Müavini Məsud Pizişkiyan, Təbriz şəhərində keçirdiyi mətbuat konfransında, "İçində olduğumuz şərtlər nəzərə alındıqda, qanqrenaya çevrilmiş iqtisadi vəziyyəti idarə etmək üçün fövqəladə hal elan edilməlidir. Korrupsiya ilə bu şəkildə mübarizə etmək lazımdır”, - deyib.Pozuntuların qarşısını almaq üçün ölkədə pul dövriyyəsinin qeydiyyata alınması lazım olduğunu dilə gətirən Pizişkiyan, “İslam tarixinin ilk dövrlərində və hazırda müasir dünyada tətbiq olunan əyalət sistemi İranda da tətbiq edilməlidir. Əyalət və vilayət rəhbərliyi İslami bir modeldir. Bundan istifadə etməliyik”, - ifadələrini istifadə edib.
İranda 1979-dakı inqilabdan sonra əyalət idarəçiliyi mübahisələri ilk olaraq keçmiş inqilab mühafizəçiləri komandirlərindən Möhsün Rza tərəfindən gündəmə gətirilmişdi. Rza, 2011-də nəşr olunan “İqtisadiyyat Federalizmi” adlı kitabında “hər əyalətin öz maddi imkanları ilə idarə edilməsi lazım olduğunu” müdafiə etmiş, lakin etnik kimlik hissinin yüksək mərhələdə olduğu ölkədə rejim; Azərbaycanlı, Kürd və Ərəblərin separatçı tələblərindən narahat olduğu üçün bu fikrə isti baxmamışdı. İranda mərkəzi hökumət tərəfindən idarə edilən 31 əyalət (rayon) var.
İlk aksiyaya mağaza sahibləri başlayıb
Bu gün səhər İranın paytaxtı Tehranda iqtisadi problemlərə etiraz etmək üçün mağazalarını bağlayan sahibkarlar, “10 min tümənə Dollar istəmirik” şəklində şüarlar səsləndirərək etiraz aksiyasına başlayıblar.
Tehrandakı “Çahar Su Pasajı”nın dükançıları da dünən İran tüməninin dollar qarşısında ucuzlaşmasına etiraz etmək üçün aksiya keçirmişdir. Mağaza sahibləri, tez-tez “Suriyanı burax, bizim halımıza bax” və “Tətil, tətil” şəklində şüarlar səsləndirmişdilər.
İranda dollar qısa müddət ərzində 4 min tüməndən 7 min 500 tümən səviyyələrinə qədər yüksəlmişdi. Prezident Həsən Ruhani hökuməti aprel ayında dolların 4 min 200 tüməndə sabitləşdirilməsinə qərarı vermişdi. Ölkədə valyutadəyişmə məntəqələrində alqı-satqı qadağan edilmişdir. Banklarda rəsmi məzənnə ilə elan edilən dollar, “qara” bazarda 8 min 500 tümən səviyyəsindədir. ABŞ Prezidenti Donald Trampın ötən ay nüvə müqaviləsindən çıxdığını və yeni sanksiyaların tətbiq olunacağını açıqlaması İrana mənfi istiqamətdə təsir edir.