İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:18 | 25 aprel 2019 | Cümə axşamı
Məqaləyə 1893 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk prezident Donald Trampın İranla nüvə razılaşmasına alternativ olaraq yeni anlaşmaya nail olacağına ümid etdiyini deyib.
Amerikalı diplomat İrandan neft alan ölkələrə xitabən onların ya Amerika, ya da İranla əlaqələrini davam etdirmək üçün seçim etmələrinin zəruri olduğunu bildirib. Belə ki, Amerika ilə əməkdaşlıq edən ölkələr İranla da əlaqələri saxlasalar, onlar sanksiyalara məruz qalacaqlar.
Hukun sözlərinə görə, Çin də İrana qarşı qəbul edilmiş sanksiyalara əməl etməyə davam edəcək.
Xatırladaq ki, aprelin 22-də rəsmi Vaşinqton bəyanat yayaraq, İrandan neft alan istisna 8 ölkəyə verilmiş möhlət hüququnu uzatmayacağını bildirib. 2018-ci ilin noyabr ayının əvvəllərində ABŞ-ın İranın neft və qaz sektoruna qarşı tətbiq etdiyi embarqolara əsasən, Türkiyə, Çin, Hindistan, Cənubi Koreya, Yaponiya, Tayvan, İtaliya və Yunanıstan 180 gün ərzində bu ölkədən aldıqları qara qızılı tədricən sıfıra endirməli idi. Bu müddət may ayının 2-də bitir.
Yunanıstan, İtaliya, Cənubi Koreya, Yaponiya və Tayvan bu günə qədər İrandan neft idxalını azaltmaqla, alternativ ölkələrə yönəlməyə müvəffəq olsalar da, bu sahədə problemlərlə üzləşən İranın ən böyük neft müştərisi Çin Amerikanın son qərarını kəskin tənqid edib.
“Rəsmi Pekin Amerikanın digər ölkələrə qarşı qəbul etdiyi birtərəfli embarqoları dəstəkləmir”-deyə Çinin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilirdi.
Brayan Huk Tehrana qarşı maksimum təzyiqlərin səbəbinin İranın öz rəftarlarını dəyişməsi, terrorizmə göstərdiyi dəstəkdən əl çəkməsi, nüvə və raket proqramını dayandırması kimi müddəalar da daxil olmaqla, Pompeonun irəli sürdüyü 12 şərti qəbul edərək, yenidən müzakirə masasına əyləşməsi olduğunu deyib.