İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:30 | 3 iyun 2019 | Bazar ertəsi
Məqaləyə 2315 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İsrailin bu gün iyunun 3-də gecə saatlarında Suriyanın Homs vilayətində T4 aviabazasına endirdiyi raket zərbələrinə dair yeni təfərrüatlar məlum olub.
İsrail mənbələrinə istinadən xəbər verir ki, bu zərbələr İranın “Fars Air Qeshm” hava yolları şirkətinin nəqliyyat təyyarəsinin bazaya enməsinin ardınca endirilib.
Bildirilir ki, həmin təyyarə T4 bazasına həftədə üç reys edib, ehtimal edilir ki, təyyarə “Hizbullah” üçün müasir silahlar daşıyıb. Sonuncu dəfə “Boeing-747” təyyarəsi iyunun 1-də, saat 08.45-də T4 bazasına enib. Üç saat sonra təyyarə yükünü boşaldıb və Tehrana geri uçub. 36 saat sonra İsrail aviasiyası bazaya hücum edib. Hücum zamanı bazadakı raket anbarı, bir neçə avtomobil və daha bir neçə bina, o cümlədən İnqilab Keşikçiləri Korpusunun qərargahı məhv edilib. Suriya tərəfi 3 nəfərin həlak olduğunu bildirir.
“Fars Air Qeshm” şirkətinə məxsus təyyarənin Suriyaya reyslərinə görə İsrailin zərbə endirməsi birinci dəfə deyil. Təxminən 6 ay əvvəl şirkətin təyyarəsi Dəməşq aeroportuna enmişdi və 3 saat sonra İsrail aviasiyasi aeroportu vurmuşdu.
* * *
12:00
İsrail Homs vilayətində yerləşən “T4” adlı hərbi hava aerodromuna raket hücumu edib.
RİA Novosti xəbər verir ki, raket atəşi zamanı güclü partlayışlar olub, yanğın başlayıb.
Suriya hava hücumundan müdafiə qüvvələri iki raketi məhv edə bilib, lakin qalanları hədəfə çatıb.
Hücum nəticəsində 1 əsgər ölüb və bir neçəsi yaralanıb, silah anbarlarına və digər binalara, eləcə də hərbi texnikaya ciddi ziyan dəyib.