İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:16 | 4 iyun 2019 | Çərşənbə axşamı
Məqaləyə 1840 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İsveçrədə səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo iyunun 3-də bu ölkənin RTS telekanalına müsahibəsində Tehranla Vaşinqton arasında mümkün müzakirələrdən danışıb.
O bildirib ki, yeni müzakirələr üçün bu günə qədər rəsmi Tehrandan Ağ Evə hər hansı bir zəng gəlməyib: “İranlılar hələ ki, bizimlə əlaqə saxlamayıblar. Lakin onlar buna hazır olanda bizimlə necə əlaqə saxlayacaqlarını bilirlər. Nə vaxt hazır olsalar, biz danışıqlara hazırıq. Lakin hələ ki arada bir təmas yoxdur. Prezident Tramp da ötən aylarda bir neçə dəfə İranla danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Bizim tələblərimiz çox sadədir.
Biz, istəyirik ki, İran nüvə silahının istehsalından əl çəksin, nüvə proqramının inkişafını tamamilə dayandırsın. Biz tələb edirik ki, iranlılar, dünyaya, o cümlədən də İsveçrəyə təhdid sayılan raket proqramlarına son qoysunlar, dünyada milyonlarla insanın yerindən-yurdundan didərgin olmasına və ölümünə səbəb olan terrorizmə dəstəyi dayandırsın. Bir sözlə, İran normal və adi bir ölkə kimi rəftar edərək, danışıqlara hazır olduğunu bildirsə, biz istənilən səviyyədə onlarla müzakirə aparmağa hazırıq” –deyə Pompeo əlavə edib.
Pompeo həmçinin iyunun 2-də İsveçrədə jurnalistlərə açıqlamasında Vaşinqtonun hər hansı bir şərt irəli sürmədən rəsmi Tehranla danışıqlar aparmağa hazır olmasından danışıb: “Biz, İranla ilkin şərtsiz danışıqlar aparmağa hazırıq. Bir sözlə, biz İran rəhbərləri ilə danışıqlar masası arxasında oturub müzakirə aparmağa tam hazırıq. Lakin buna baxmayaraq, Amerika Birləşmiş Ştatları İranın regionda apardığı şər xarakterli fəaliyyətinin qarşısını almaq üçün öz səyini davam etdirəcək”, – deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp üç həftə əvvəl İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün telefon nömrəsi verib. Bu barədə CNN telekanalı mayın 10-da məlumat yayıb. Yayılan məlumata əsasən, Ağ Ev, İran rəhbərlərinin Trampla əlaqə saxlamaq üçün telefon nömrəsini Amerikanın İrandakı mənafeyini qoruyan İsveçrə səfirliyinin ixtiyarına qoyub.