
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Almaniyanın populyar “Bild” qəzeti ölkənin keçmiş müdafiə naziri və Avropa Komissiyasının indiki sədri Ursula fon der Layendən müsahibə alıb.
Alman dövlət adamı jurnalistlər Yulian Rayhelt və Paul Rontshaymerə maraqlı açıqlamalar verib.
“Mən Avropa Birliyi içində ziddiyətlərin olduğunu anlayıram. Bunlardan biri də Şərq və Qərb arasındakı fikir ayrılıqlarıdır”, - deyə xanım fon der Layen bildirib.
Onun sözlərinə görə, bütün bunları aradan qaldırmaq olduqca önəmlidir. Aİ sədri Mərkəzi və Şərqi Avropa ölkələrinin özlərinə daha çox diqqət yetirmək və maliyyə vəsaitlərinə çıxış əldə etmək istədiklərini deyib.
Fen der Layen İttifaq içində ən həssas məsələlərdən birinə-miqrasiya probleminə də toxunub. Onun fikrincə, burada hər hansı emosiyalardan kənarda durmaq lazımdır.
“Miqrasiya indinin məsələsi deyil və onun sadə həlli yoxdur. Biz miqrantların gəldiyi ölkələrə intensiv surətdə sərmayə qoymalı, terrorizmlə mübarizə aparmalı və insanlara perspektivlər bəxş etməliyik. Bundan başqa sərhədlərimizi “Frontex”in (Avropa Birliyinin xarici hüdudlarının təhlükəsizliyin təmin olunması üzrə agentlik) köməyi ilə mühafizə etməli, sığınacaq hüququ ilə bağlı qaydaları tənzimləyən Dublin sistemində islahatlar aparmalıyıq”,-deyə yeni sədr vurğulayıb.
Alman siyasətçi “Şimal axını-2” qaz kəməri ilə bağlı yaranan problemlər barədə də danışıb. O, layihənin həm iqtisadi, həm də siyasi miqyasının olduğunu sölyəyib. Məlum olduğu kimi fon der Layenin də yer aldğı Angela Merkel kabineti həmin layihənin əsas tərəflərindən biridir.
Lakin indi Aİ sədri Rusiya qazından asılılığın təhlükəli olduğunu dilə gətirib.
“Rusiya bizim qonşumuzdur və bu həmişə belə qalacaq. Lakin Kreml zəifliyi bağışlamır. Buna görə də fikrimcə, biz güc mövqeyindən çıxış edərək dialoqu davam etdirə biləcəyimizi qarşı tərəfin diqqətinə çatdırmalıyıq. Tətbiq olunan sankisyalar Rusiyanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozması nəticəsində ortaya çıxdı. Ona görə də situasiyanın yaxşılaşması Rusiyanın özündən asılıdır”,-deyə fon der Layen sərt danışıb.