
Pandemiya “yardımı”
“COVİD-19” peyvəndi vurulan 573 nəfərə daimi diaqnoz qoyulub
“COVİD-19” peyvəndi vurulan 573 nəfərə daimi diaqnoz qoyulub
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Hər 10 nəfərdən 1-i COVİD-in olduğuna əmin deyil
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
ABŞ-da COVİD-19 vaksininə şübhə edənlərin sayı artır
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
Cənubi Koreya “Covid-19” həyəcanı
Kabus geri dönür; “ən yoluxucu variant” sürətlə yayılır
Yunanıstanda “Covid-19” həyəcanı
DST xəbərdar edir, yoluxduqdan beş gün sonra başlayır
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
Koronavirusun sürətli mutasiya nəticəsində bir neçə tipi yaranıb və onlardan ən təhlükəlisi Avropa ölkələrində yayılıb.
Bu fakt Çinin Çjetsyansk universitetinin alimlərinin apardığı tədqiqatın nəticəsində ortaya çıxıb. “Biz SARS-Cov-2 virusunun mutasiya etdiyinə və nəticədə patogenliyini əhəmiyyətli dərəcədə dəyişdiyinə dair birbaşa sübutlar əldə etmişik”,-alimlər bildirir.
Tədqiqata əsasən virusun ştammından asılı olaraq koronavirusa yoluxma nəticəsində yaranan COVİD-19 xəstəliyi yüngül və ya ağır keçə bilər. Tədqiqat zamanı alimlər Çinin Hançjou əyalətindən 11 təsadüfi pasiyentdən nümunələr götürüblər və virusun mutasiyasını araşdırıblar. Onlar müəyyən ediblər ki, virusun bəzi ştammları orqanizmin hüceyrələrinə daha sürətlə hücum edir və onları sıradan çıxarır.
Tədqiqat müəllifləri müəyyən ediblər ki, virusun bəzi ştammları onların zəif ştammlarına nisbətən insan orqanizmində 270 dəfə çox virus yüklənməsi yarada bilir. Lakin alimlər virusun aqressivliyinin ölüm riskinə ciddi təsir etmədiyinə əmindir.
Araşdırmada deyilir ki, koronavirusun ən aqressiv ştammları İtaliya və İspaniyadakı pasiyentlərdə aşkarlanıb. ABŞ-da aşkarlanan ştammlar isə daha zəifdir.
Xatırladaq ki, dünyada koronavirusa təsdiqlənmi yoluxma halları 2.5 milyon nəfəri keçib, ölənlərin sayı isə sürətlə 200 min nəfərə yaxınlaşmaqdadır.