
Tuna balığında civə xəbərdarlığı
Hansılar təhlükəsiz, hansıları risklidir?
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
İraq kəşfiyyatı Şara ilə masada
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Yaxud Yayın istisində qaynayan region
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Leipzigə məcburi eniş
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Almaniyanın “Reynland-Pfalts” torpağının ali məhkəməsində tarixdə ilk dəfə olaraq Suriya prezidenti Bəşər Əsəd rejiminin hərbçilərinin məhkəməsi başlanıb. Onlar işgəncələrdə ittiham edilirlər.
Alman mediası yazır ki, məhkəmənin əsas müttəhimi – Anvar Raslan Suriya xüsusi xidməti rəisinin keçmiş müavinidir. İkinci müttəhim isə onun tabeçiliyində olmuş Eyad əl-Qəribbdir. Onlar Almaniyada qaçqın kimi yaşasalar da, 2019-cu ilin fevralında həbs olunublar.
İstintaq materiallarından məlum olur ki, Suriya hərbi kəşfiyyatının 251-ci şöbəsindəki xüsusi həbsxanada Əsədə qarşı çıxan müxalifətçilərə işgəncələr verilib. Bu şöbəyə Raslan rəhbərlik edirdi.
Həmin həbsxanada 2011-ci ilin aprel və sentyabr ayları arasında 4000-dən çox məhbusa elektroşokerlərdən, zorlamalardan, ağır seksual alçaltmalardan istifadə edilərək görünməmiş dəhşətli işgəncələr verilib.
Həbsxanada saxlanılan məhbuslara bəzən yemək və dava-dərman verilmirdi. Almaniya prokurorluğunun ittihamnaməsində deyilir ki, həmin həbsxanada azı 58 nəfər işgəncələrlə öldürülüb.
İndi Koblents şəhərində yerləşən məhkəmə Raslanı insanlığa qarşı cinayətlərdə əlbir olmaqda ittiham edir. İttihamnamədə deyilir ki, Raslan həbsxanada antihökumət fəallarının başına gətirilənlərdən xəbərdar olub. Onun tabeçiliyində olan Eyda Əl-Qəribin isə azı 30 işgəncədə şəxsən iştirak etdiyi bildirilir.
Bu məhkəmə prosesində şahid kimi iştirak etmək üçün 6 suriyalı müraciət etmişdi, lakin pandemiya karantininə görə onlardan yalnız üçünün xahişi təmin olunub.
“The Guardian” qəzetinin yazdığına görə Anvar Raslan Berlindəki qaçqınlar sığınacağında yaşayırdı. O ad və soyadını dəyişməmişdi və başqa qaçqınlar, xüsusilə də fəallar onu dərhal tanıya biliblər. 2015-ci ildə Almaniya polisinə Raslanın özü müraciət edib. O Suriya və Rusiya kəşfiyyatının onu güdməsindən şübhəli olduğunu bildirmişdi.
Bu da xəbər verilir ki, Suriyadakı işi barədə Almaniya rəsmilərnə Raslanın özü məlumat verib. Eyad əl-Qəribə gəlincə isə, o da 2018-ci ilin yayında qaçqın statusu almaq üçün keçdiyi söhbətdə Almaniya hakimiyyət orqanlarına demişdi ki, Suriyada adamların həbsxanaya gətirilməsində rejimə köməklik edib.
Əsəd ordusunun keçmiş hərbçiləri üzərində məhkəmə Almaniyada 2002-ci ildə qəbul edilmiş “beynəlxalq hüququn ümumiliyi” haqqında qanunun sayəsində mümkün olub. Bu qanun Almaniya ədliyyəsinə ölkə xaricində baş vermiş cinayətlərə görə mühakimə etmək səlahiyyəti verir. Qanun hətta müttəhimlər və zərərçəkənlər Almaniya vətəndaşı olmadıqda belə tətbiq edilə bilir.
“The Guardian” yazır ki, Almaniya məhkəməsində beynəlxalq qanunların ümumiliyi prinsipindən istifadə olunması ərəb ölkələrində və başqa yerlərdəki hərbi canilərin Avropada mühakimə olunması üçün presedent yarada bilər.