“Kabus ssenarisi” riski artır
Hörmüz boğazı böhranı dərinləşir
19:46 | 3 fevral 2022 | Cümə axşamı
Məqaləyə 1097 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazı böhranı dərinləşir
İran Şimali Afrikada yeni terror şəbəkəsi yaradır
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
Bir üzv digərinin ərazisini bombalayıb
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
İran prezidenti İbrahim Rəisinin Moskva ziyarətinin yeni “qəmbərqulusu” ortaya çıxıb. Məlum olduğu kimi, İran prezidenti bu yaxınlarda Moskvaya səfər etmiş, Rusiya prezidenti Vladimir Putin isə onunla əl verib görüşməyi belə özünə yaraşdırmadan ən azı 3 tennis masası uzunluğunda masanın əks tərəfində oturtdurmuş və danışıqlar aparmışdır.
Yayılan son video-görüntülərdən belə anlaşılır ki, danışıqlar da İran rəsmilərinin gözlədiklərindən xeyli az çəkib və Putin həmkarını atüstü yola salıb. Əks halda İran prezidentinin protokol xidməti Rəisinin maşınını vaxtında Kremlin çıxış qapısına gətirərdilər. Video-görüntülərdən isə aydınlaşır ki, Rəisi tələm-tələsik bitən görüşdən ayrılarkən Kremlin qapısında avtomobilini bir neçə dəqiqə gözləməli olub. Bu da görüşün gözlənilən vaxtda bitməməsinə dəlalət edir.
Rəisinin Moskvanın soyuğunda avtomobilini gözləməsi Rusiya mediasının da diqqətindən yayınmayıb. “Pravda” dərgisi özünün son buraxılışının üz qabığında Rəisinin soyuqdan saqqalı buz bağlamış kollajını verməklə buna işarə edib.
Məlumata görə, Rəisi Xəzər dənizindəki qaz yataqlarının istismarına vəsait əldə etmək üçün Moskvaya getmişdi. O, qaz hasilatı müqabilində Rusiyadan S-400 raketləri almağa belə razı imiş. Putinin öz həmkarını 10 metr uzunluğunda masada qəbul etməsi, gözləninəndən daha tez söhbəti bitirməsi və onu saqqalı buz bağlamış halda yola salması İranın Rusiyadan umduğunu ala bilmədiyi qənaətini yaradır.
İran mediasının iddialarına inansaq, Rəisi danışıqlar bitdikdən sonra elə görüş salonundaca axşam namazı qılıb. Görünür, maşının bu tezlikdə hazır olmayacağı Rəisi həzrətlərinə əvvəlcədən məlum imiş və o, namaz qılaraq həm də rəsmi protokol xidmətinə zaman qazandırmaq istəyirmiş. Amma namaz da binəva prezidentin karına gəlməyib və bütün çabalarına rəğmən, o, Kremlin qapısında soyuqla imtahana çəkilib.
Tarixi-mədəni bağlarla ən yaxın müttəfiqi olacaq bir dövlətə xəyanət edərək gedib ermənilərin quyruğundan yapışan və əsl müttəfiqi ola biləcək ölkəyə şir quyruğu göstərən dövlətin yetkiləri başqaları tərəfindən ancaq belə qarşılana bilər. Kim bu cür xain zehniyyətin etibarlılığına bel bağlaya bilər? İran öz üzərində yaratdığı etibarsız qonşu haləsini dağıtmayana qədər bütün dünya tərəfindən saqqalı donmuş halda yola salınmağa məhkumdur.