Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
17:27 | 21 fevral 2022 | Bazar ertəsi
Məqaləyə 863 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Sabah Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalanacaq.
Azərbaycan əsas müttəfiqi Türkiyədir və Rusiya ilə imzalanacaq bəyannamənin Şuşa Bəyannaməsinin bənzəri olacağı, yəni “dərin inteqrasiya”nın nəzərdə tutulacağı inandırıcı deyil. Burada müxtəlif sektorlarda qarşılıqlı əlaqələri inkişafı, hərbi əməkdaşlıq, bir-birinin ərazi bütövlüyünə hörmət və s. məsələlərin yer alacağı mümkündür.
Lakin bu, Azərbaycanın Rusiyanın qurmaq istədiyi “ittifaq dövləti” modelinə qoşulması demək deyil: Bakı seçimini Ankaradan yana edib və Qoşulmama Hərəkatına üzv olması genişçaplı ittifaqlarda yer almamasını şərtləndirir;
Belə bir sənədin imzalanmasında Rusiya və Azərbaycanın öz maraqları var:
- Azərbaycanı “ittifaq dövləti” modelinə daxil etmək şansını əldən verən Moskva müttəfiqliyi ikitərəfli səviyyədə inkişaf etdirir: bu, geosiyasi qarşıdurmada Cənubi Qafqaz cəbhəsini gücləndirməyə xidmət edir;
- Əsas seçimini Türkiyə ilə edən Bakı “balans strategiyasını” müəyyən qədər yeniləyir və belə bir bəyannamə ilə Moskvaya anti-Rusiya cəbhəsində yer almayacağının zəmanətini verir: bu, geosiyasi qarşıdurmada Rusiyanın təzyiqini neytrallaşdırmağa da hesablanıb;
Rəsmi Bakının bu gedişi Ankara ilə məsləhətləşmədən etmədiyi bəllidir: NATO üzvü olan Türkiyə üçün Rusiya ilə münasibətlərin körpüsü rolunu oynayan Azərbaycanın geosiyasi qarşıdurmada iki regional gücü birləşdirəcək faktor rolu güclənəcək və bununla:
1. Bakı və Ankara qurduqları ittifaqın Rusiyaya qarşı olmadığını isbatlayır;
2. Cənubi Qafqazda rus-türk planı olan razılaşmaların icrası sürətlənə bilər;
3. Və 3+3 formatı çərçivəsində əməkdaşlıq arxitekturasının qurulması, rusların vasitəçiliyi ilə imzalanan razılaşamalrın icrası, ən əsas da Bakının istədiyi sülh sazişinin imzalanması perspektivi güclənə bilər;
Azərbaycanın əsas istəyi budur. Bəyannamənin imzalanacağı görüşdə Əliyevlə Putin Qarabağdakı razılaşmaların icrasını müzakirə edəcəyi də bu kontekstdə diqqət çəkir. Təbii ki, indi əsas olan bəyannamədə nələrin əks olunacağı və əvəzində bizim nələr alacağımızdır. Hərçənd, iki məsələ haqda gözlənti güclüdür:
Birincisi, Rusiya ilə bəyannamə Türkiyə ilə imzalanan Şuşa Bəyanaməsi qədər “dərin inteqrasiyanı” əhatə etməyəcək: Bakının real müttəfiqi Ankaradır;
İkincisi, Əliyev bunun qarşılığında nəsə almalıdır, xüsusilə Qarabağ məsələsində.