“48 saatlıq atəşkəs müvəqqətidir”
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
18:16 | 21 fevral 2022 | Bazar ertəsi
Məqaləyə 703 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Günahkar iqlim dəyişikliyidir?
Tramp yenə özünü qabağa verəcəkmi?
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
“Deportasiya qoxusunu sevirəm”
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Əfqanıstanda Taliban öz hökumətini ABŞ-ın Kabildə yalnız kişilərdən ibarət rəhbərlikdə “bir etnik mənsubiyyətin üstünlük təşkil etdiyi” və inklüzivliyin olmaması ilə bağlı yeni tənqidindən sərt şəkildə müdafiə edib.
“Bu, həqiqətə uyğun deyil və biz bunu rədd edirik”, Talibanın sözçüsü Zabihullah Mücahid ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Tom Vestin tənqidlərinə münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.
“Hökumətimizdə cəmiyyətimiz və dəyərlərimiz çərçivəsində bütün tələblər nəzərə alınıb”, - deyə Mücahid təkid edib.
Vest şənbə günü Almaniyada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı qadınların təhsil və işləmək hüquqlarına hörmət edilməsi ilə bağlı Taliban liderləri ilə görüşlərin məhsuldar olduğunu desə də, hökumətdə təmsil olunmaq məsələsində onların mövqeyinin “sərt” olduğunu hesab etdiyini bildirib.
“Bu hökumətdə yüksək vəzifədə bir qadın belə yoxdur. Əksər hallarda yalnız bir etnik mənsubiyyət üstünlük təşkil edir. Fikrimcə, bu hökumətdə yüksək səviyyəli rəsmiləri arasında yaxşı təhsil almış peşəkarların çatışmızlığı”, - deyə Vest bildirib.
Taliban Əfqanıstanda əksəriyyət təşkil edən etnik puştunlardan ibarətdir və onun müvəqqəti Nazirlər Kabineti ABŞ və Birləşmiş Millətlər Təşkilatının uzun müddətdir terrorizmlə bağlı sanksiyaları altında olanlar da daxil olmaqla, qrupun yüksək səviyyəli liderlərindən təşkil olunub.
İslamçı qrup hakimiyyəti avqust ayında Qərbin dəstəklədiyi hökumətdən geri alıb. ABŞ NATO müttəfiqləri ilə birlikdə 20 ildən sonra bütün qoşunlarını müharibə şəraitində olan ölkədən çıxarıb.
Taliban tez bir zamanda Əfqanıstan İslam Əmirliyi kimi tanınan müvəqqəti hökumətini qursa da, beynəlxalq ictimaiyyət hələ də onları ölkənin qanuni hökuməti kimi tanımayıb.
Qanunilik məsələsini nəzərdən keçirməzdən əvvəl xarici hökumətlər sərt-xətt tərəfdarı qrupdan ölkənin bütün etnik qruplarını təmsil edən bir hökumət yaratmasını, qadınların təhsil və işləmək hüquqları də daxil olmaqla, insan haqlarına hörmət etməsini və terrorçuların ölkədən sərhədyanı hücumlar üçün istifadə etməsinə icazə verməməsini istəyir.
1996-2001-ci illərdə ölkəni idarə edən Taliban qadınlara təhsil almaq və işləməyi qadağan etmişdi. Altı ay əvvəl hakimiyyətə qayıtdıqdan sonra sərt-xətt tərəfdarı qrup qadınlara hicab taxmalarını və uzaq yola yalnız yaxın kişi qohumunun müşayiəti ilə çıxmalarını tələb edən məhdudiyyətlər qoyub.
Səhiyyə və təhsil sistemində çalışanlar istisna olmaqla, dövlət sektorunda çalışan qadınların əksəriyyətinin işlərinə qayıtmasına icazə verilməyib.