
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranın təhsil nazirliyi “farsca yetərlilik testi”nin məktəbəqədər uşaqlar üçün keçirilən müntəzəm sağlamlıq testlərinə əlavə olunacağını bildirib. İSNA xəbər agentliyinin bildirdiyinə görə, bu plan İranın dini lideri Seyyid Əli Xameneyinin fars dilini öyrənməyin önəminə dair açıqlamalarından sonra təhsil nazirliyinin gündəminə gəlib.
İbtidai təhsil üzrə təlim və tərbiyə nazirinin müavini Rizvan Həkimzadə bu haqda deyib, “sağlamlıq testlərini uşaqların məktəbə daxil olmasından iki il əvvəl həyata keçirəcəyimizi ümid edirik. Əlbəttə hazırda 5 yaşlı və məhdud şəkildə 4 yaşlı uşaqlar da bu testlərdən keçə bilirlər.”
Həkimzadə “farsca yetərlilik testinin” həm öyrənmə problemli yaşayan uşaqlar üçün, həm də iki dilli (qeyri-fars) bölgələrin uşaqları üçün yararlı olacağını ifadə edib.
İranın dini lideri Seyyid Əli Xameneyi keçən günlərdə “fars dilinin aşınmaya məruz qalması” ilə bağlı “qayğılı” olduğunu dilə gətirmişdi.
İSNA-nın yazdığına görə, təhsil nazirliyinin hazırkı planı “müəzzəm öndərin fars dili ilə bağlı buyuruqlarına” uyğun olaraq təklif olunub.
Təhsil nazirliyinin açıqlamalarına təpki göstərən türk dil hüquqları müdafiəçiləri “bu planın ailələri kiçik yaşlardan uşaqlarla farsca danışmağa məcbur etmək” məqsədilə hazırlandığını önə çəkirlər.