Ermənistan–Belarus münasibətlərində gərginlik
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
18:32 | 14 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1248 dəfə baxılıb
Şriftin ölçüsü
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycanın sülh sazişi üçün Ermənistana təklif etdiyi 5 baza prinsip İrəvanı yenidən beynəlxalq yalvarışlara vadar edir. Rəsmi Bakının təqdim etdiyi prinsiplərin 3 ifadə ilə sadə dildə izahı belədir:
Ərazi bütövlüyümü tanı, ərazi iddialarından əl çək və buna dair öhdəlik götür. Ancaq Ermənistan yenə də ATƏT-in Minsk Qrupuna müraciət edərək sülh sazişinin hazırlanmasında onların vasitəçi olmasına çalışır.
Minsk Qrupunun həmsədrləri indi Ukraynadakı müharibə səbəbindən bir-birilə tamamilə əks qütbdə dayanan dövlətlərə çevriliblər. Rəsmi Bakı özünün suverenliyi və ərazi bütövlüyü çərçivəsinin beynəlxalq öhdəlik yaratması şərtilə həmsədrlərin prosesdə iştirakına köklü etiraz etmir.
Ancaq bir məsələ var, həmsədrlər – ABŞ, Rusiya, Fransa – Ukraynada partlayan bombaların səslərindən elə “kontuziya” alıblar ki, onların siyasi ehtiraslarını cilovlaya bilməsi sual yaradır.
Yəni aqressiv ton onların uzlaşmasını bərəkətsiz edər – təkcə Fransa ilə ABŞ ortaq nöqtəyə gələ bilərlər ki, bu da mümkün görünür.
Həmsədrlərin üçünü də “birləşdirən dəyər” isə Türkiyə amili ola bilər, hərçənd ki, Rusiya indi Türkiyə ilə münasibətlərə xüsusi önəm verir və Ankara-Moskva xətti ikili strateji maraqlar yarada bilib.
Böyük ehtimal ki, Azərbaycan-Ermənistan sazişinin imzalanmasında Türkiyə ilə Rusiya daha çox aktivlik göstərəcək, ancaq sazişdə Qərb də öz maraqlarının nəzərə alması üçün çalışır.
Qərbin formulu iki prinsipə əsaslanır:
1. Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin daha çox iqtisadi tərəflərində mənfəət almaq istəyir,
2. ABŞ və Fransa isə siyasi təsir gücünü artırmaq niyyətlərini güdür.
Belə bir vizyonda Ermənistanın ATƏT-ə danışıqlar üçün müraciət etməsi prosesi alaqaranlığa sürükləmək məqsədi daşımaqdır və vaxt qazanmaq üçün hiylədir.
Azərbaycan özünün qırmızı xəttini keçməmək şərtilə Qərbin də, Rusiyanın da prosesdə iştirakına qarşı deyil və İrəvanın hansı növbəti siyasi bicliyə əl atması ehtimallarını da nəzərində saxlayır.
Yəni, Ermənistanın atdığı bütün addımlar, ikibaşlı oyunlar Azərbaycanın “radarına” düşür.
Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın müraciətinə dair açıqlamasına verdiyi bəyanatın ruhundan da bu duyulur.
Sitat: “İki dövlət məhz bu baza prinsipləri (5 prinsip) əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”.
Azərbaycanın prinsipləri anklav ərazilərə dair də həll prosesini özündə cəmləyən konsepsiyadır.
Diqqətimizi yönəldəcəyimiz digər istiqamət bu olmalıdır ki, bütün bunlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində son cərəyan edən hadisələrdən və Antalya Diplomatiya Forumundan sonra baş verir - birincisi hərbi, ikincisi isə diplomatik sıxışdırmadır.
Nəticə:
1. Azərbaycanın xarici siyasət idarəsinin açıqlaması göstərir ki, Ermənistanla bu prinsiplər əsasında danışıqlar aparacaq,
2. Diplomatik kanallara bu məlumatlar daxil olur ki, “qaranlıq otaqdan” çıxa bilməyən Ermənistan sülhə məcburdur, hərçənd ki, “azadlığa” çıxdıqdan sonra da nala-mıxa vurmaq vərdişini davam etdirəcək,
3. Türkiyə prosesdə önə çıxır, amma Ermənistan hakimiyyəti ehtiyat edərək Ankara faktorunun arxa planda olduğu görüntüsünü yaratmaq məqsədilə həmsədrlərə müraciət edir və eyni zamanda başqa siyasi gözləntilər üçün də ümidlənir.