
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranda yayılan son statistikalar Urmiya gölünün su səviyyəsinin azalmasını göstərir. Mehr xəbər agentliyinin yaydığı məlumata əsasən, Urmiya gölünün su səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 sm azalıb.
Qərbi Azərbaycan Regional Su Şirkətinin rəsmisi, son statistikalara əsasən, Urmiya gölündə su səviyyəsinin 1270 metr 74 santimetrə olduğunu bildirib. 2021-ci ilin sentyabr ayının sonlarında gölün su səviyyəsi 1270 metr 65 santimetr idi.
Mehrəng Dusti Rzayi “Urmiya gölünün səviyyəsi ötən ilin eyni dövründən xeyli fərqlənir və onun hazırkı səviyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 68 sm aşağıdır”, - deyə əlavə edib.
Dusti Rzayi Urmiya gölünün sahəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azaldığını vurğulayıb.
Qərbi Azərbaycan Regional Su Şirkətinin Əsas Su Ehtiyatlarının Tədqiqatları üzrə direktoru Dusti Rzayi Urmiya gölünə buraxılan su miqdarının keçən il ilə müqayisədə 25 faiz azaldığını bildirib.
Onun dediklərinə görə, 2020-ci ilin sentyabr ayının sonlarından həmin ilin mart ayının ortalarına kimi Urmiya gölünə 384 milyon kubmetr su daxil olub lakin 2021-ci ildə həmin tarixlər arasında hövzəyə 367 milyon kubmetr su buraxılıb.
Günü-gündən vəziyyəti daha da pisləşən və qurumaq üzrə olan hövzənin su normasını təmin etmək üçün Urmiya Gölü Bərpası Qərargahının proqramlarından biri göl ətrafında olan bəndlərin arxasındakı anbarlardan gölə doğru su buraxmaqdır.
Gölün qurumasının əsas səbəblərindən biri gölə axan çayların qarşısında lazım olmayan və prinsipsiz bir şəkildə tikilən çoxlu sayda bəndlərdir.
İran Azərbaycanında vətəndaşların dəfələrlə bu bəndlərin ortadan götürülməsi və gölə su buraxılması üçün etirazlarına baxmayaraq bu iş sadəcə bir vəd kimi İran parlamenti namizədləri və ya prezidentləri dilindən eşidilib.