Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
18:00 | 6 aprel 2022 | Çərşənbə
Məqaləyə 543 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Avropa İttifaqı Rusiyanın 19 diplomatını “onların diplomatik statuslarına uyğun olmayan fəaliyyətinə” görə “persona non grata” elan edib.
Rusiya diplomatları ittifaqın əsas strukturlarının yerləşdiyi Belçika ərazisini qısa müddətdə tərk etməlidirlər. Söhbət Rusiyanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin əməkdaşlarından gedir. Bu da xəbər verilir ki, sözü gedən diplomatların ittifaq ərazisindən çıxarılmasına dair qərarı Aİ-nin xarici işlər komissarı Josep Borrel verib.
Bundan əvvəl Rusiya diplomatlarının ölkələrindən çıxarılmasına dair oxşar qərarı Fransa, Niderland, İsveç, Belçika və İspaniya qəbul etmişdilər. Bu ölkələr Rusiya diplomatlarını casusluqda ittiham edirlər.
Latviya XİN aprelin 5-də Rusiyanın Dauqavpils və Liepaedəki konsulluqlarının bağlanmasına göstəriş verib.
Aprelin 5-də eləcə də Sloveniya Rusiyanın ölkədəki diplomatik missiyasının sayca ixtisarını tələb edib.
Rusiyanın 14 diplomatını “persona non grata” elan edən Estoniya Rusiyanın Tartudakı konsulluğunu bağlayıb.