
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Fikir azadlığını müdafiə edən PEN Kanada təşkilatı bu yaxınlarda vəfat edən təbrizli yazar və fikir adamı Rza Bərahəninin xatirəsinə həsr olunmuş bir yazı yayımlayıb. Mərhum Bərahəni 2001-2003 illərində həmin təşkilatın prezidenti olub.
Bərahəninin “möhtəşəm yazar, insan hüquqlarının amansız müdafiəçisi və söz azadlığının cəsur döyüşçüsü” olaraq təqdim edildiyi yazıda, onun İranın qeyri-fars icmalarının hüquqları uğrunda mücadiləsindən də bəhs edilib.
“Bərahəni İranın yazarlar, ziyalılar və etnik azlıqlara tətbiq etdiyi zülmə mütəmadi şəkildə etiraz edib. O həm Şah rejimi, həm də 1979 inqilabından sonra İslam Respublikası tərəfindən həbs və işgəncəyə məruz qalıb. O, ilk dəfə 1973-cü ildə dil, etnik və mədəni kimlikləri basdırılmış qeyri-fars icmalarını müdafiə etdiyi üçün həbs edilib,” bəyanatda bildirilib.
Təşkilatın saytında dərc edilən yazıda bir zamanlar ABŞ-ın “Harper’s” jurnalı tərəfindən Bərahəniyə verilən “İranın yaşayan ən yaxşı şairi” ünvanına işarə edilib.
PEN Kanada “Bərahəninin vizyonunun İrana məhdud olmadığını” qeyd edib. Yazıda onun PEN Kanada və Beynəlxalq PEN təşkilatının missiyasına verdiyi töhfələrə diqqət çəkilib.
Təşkilatın yayımladığı yazıda, həmçinin Coana Lidom-Akerman (Joanne Leedom-Ackerman), Harun Siddiqi (Harun Siddiqui), Con Ralston Sol (John Ralston Saul), Ron Qraham (Ron Graham) və Qreys Uestkot (Grace Westcott) kimi Kanadalı yazarların Bərahəni haqqında düşüncələrinə yer verilib.
Harun Siddiqi şənbə günü Toronto “Star” qəzetində dərc etdiyi yazısında qeyd edib ki, “Bərahənini tanımaq çağdaş İranın iztirabını bilməkdir.”
Tanınmış şair, yazar, ədəbiyyatşünas və Pen Kanadanın sabiq prezidenti doktor Rza Bərahəni martın 24-də Kanadanın Toronto şəhərində həyatını itirib. Bərahəni uzun bir dönəm İranda fars şeiri və hekayəsində yenilikçi axınların rəhbəri olub. Həmin dövrlərdə ölkənin bir çox nüfuzlu şair və yazarı özünü Rza Bərahəninin şagirdi hesab edib. Bərahəni eyni zamanda demokratiya, insan hüquqları, ifadə azadlığı, türk dil haqları və qadın-kişi bərabərliyi uğrunda, habelə istibdad və senzuraya qarşı mübarizə aparıb və bu səbəblə həbs və işgəncəyə məruz qalıb. Yazar və türkoloq Toğrul Atabay müsahibəsində mərhum Bərahəninin “türkcə düşünüb farsca yazan ədəbiyyatçılar məktəbindən” olduğunu ifadə edib.