
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının (TTSMKTP) rəhbəri Yunis Cayle Şərqi Azərbaycan vilayətində maliyyə resurslarının vilayətin əhali sayına görə az olduğunu irəli sürüb. İLNA xəbər agentliyində dərc olunan məlumata görə, Y.Cayle bu haqda vilayətin investisiya və ticarət planlaşdırma iclasında danışıb.
Rəsminin dediyinə görə, özəl sektor vilayətdə enerji sahəsində yetərli olmayan infrastrukturlar, investisiya etməyə bəzi prosedura maneələri və vilayətdə maliyyə resurslarının az olması kimi problemlərlə üzləşir.
Təbriz Ticarət Palatasının rəhbəri daha öncə də, dövlət tərəfindən vilayətdə özəl sektora investisiyanı artırmaq prosesini yavaşladan bürokratik çətinlikləri tənqid etmişdi.
Cayle vilayətin ölkənin maliyyə qaynaqlarından payının 2,6 faiz olduğunu qeyd edərək, vilayətin əhali sayının ölkənin 4.8 faizini təşkil etməsini diqqətə alaraq, bunun az olduğunu və vilayət əhalisinə uyğun gəlmədiyini bildirib.
O, həmçinin deyib ki, vilayətin özəl sektoru və ticarət palatasının üzvləri keçən il ərzində 6 trilyon tümən vergi ödəyiblər və bu, gələn il üçün 11 trilyon tümən nəzərdə tutulub. Cayle Mis Şirkətinin 600 milyard avroluq gəlirini qeyd edərək həmin şirkətin vergisinin Kerman şəhərinə sərf olduğunu söyləyib.
Ticarət Palatasının rəhbəri Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan dolayı bu ölkənin müxtəlif məhsullara ehtiyacı olduğunu vurğulayaraq, “təəssüf ki, tranzit problemlərinə görə tacirlərimiz bu qızıl kimi fürsətdən yararlana bilmirlər”, - deyə o qeyd edib.
Vilayətin məhsullarını ixrac etmək problemi ilə üz-üzə olduğunu söyləyən Yunis Cayle, bunun əsas səbəbini keyfiyyətli məhsul və mal istehsalının olmaması ilə izah edib.
“Misal üçün hazırda 600 min tona yaxın almamız var ki, onlar ixrac edilmir, çünki uyğun soyuducuların istehsalı üçün plan yoxdur”, - deyə rəsmi qeyd edib. O, vilayətdə “600 min ton almanı 1 milyard dollar sərmayəyə çevirmək” üçün texniki biliyin mövcud olmamasını tənqid edib.
“Keçmişdə Təbrizin birincilər şəhəri adlı bir illüziya içində idik halbuki, hər zaman mövqeyimiz aşağı olub”, - deyə rəsmi söyləyib.