
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İran Azərbaycanında Qiyasi ailəsi təqribən 15 ay mücadilədən sonra övladına seçdiyi türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilib. Qiyasi ailəsinin sosial mediada yaydığı məlumata əsasən, 2020-ci ilin dekabr ayında dünyaya gələn “Sevgi”yə keçən bazar ertəsi günü şəxsiyyət vəsiqəsi verilib.
Sevginin valideynləri daha əvvəl uşaqlarına seçdikləri adın türkcə olduğu üçün İranın vətəndaşlıq qeydiyyatı idarəsinin şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyini bildirmişdilər.
İran Azərbaycanı və Tehranda bir çox ailə uşaqlarına seçdikləri türk ad ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalırlar. Onlardan bəziləri müxtəlif dövlət qurumlarına müraciət etməklə bərabər səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.
2001-ci ildə İranda nəşr edilən “Türk İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi daha əvvəl verdiyi müsahibədə 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.
“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun”, Cavadi həmin müsahibədə söyləyib.