
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İran dövlət agentliyi İRNA-nın cümə günü yaydığı məlumata görə, Urmiya gölünün sahəsi keçən ildən bəri təqribən 30 faiz kiçilib. Ekspertlər gölün sahəsi kiçildikcə bölgədə duz fırtınası təhlükəsinin artdığını önə çəkirlər.
İRNA-nın Qərbi Azərbaycan vilayətinin regional su şirkətinə istinadən yaydığı xəbərdə keçən ilin eyni dönəminə görə Urmiya gölü sahəsinin təqribən 30 faiz, həcminin isə 40 faizdən artıq azaldığı qeyd edilib.
“Gölün sahəsi hazırda 2489 kvadrat olub. Bu rəqəm keçən ilin eyni dövrünə görə 1015 kvadrat daha azdır. Suyun həcmi isə keçən ilə nisbət 2.18 milyard kubmetr azalaraq, 3.11 milyard kubmetrə çatıb”, Qərbi Azərbaycan regional su şirkətinin baş direktoru Məcid Dəstgahi agentliyə söyləyib.
Təbriz başda olmaqla İran Azərbaycanının bir çox şəhəri bir neçə ildir Urmiya gölündən gələn toz dumanlarından əziyyət çəkirlər. İran mətbuatına danışan ekspertlər göl sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər.
Həsən Ruhani hökuməti 2021-ci ilə qədər Urmiya Gölünü canlandıracağını vəd etmişdi. Ancaq rəsmi statistikalar Urmiya gölünün indiki vəziyyətinin 2013-14-cü illərdəki kritik vəziyyətdən daha bərbad olduğunu göstərir.
Urmiya gölünün canlandırılması və türk dilinin tədrisinə dair verdiyi vədlərini yerinə yetirməyən Ruhani Təbriz və Urmiya kimi şəhərlərə səfərlərində “Ruhani Ruhani, vədlərin bəs hanı?” və “Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı” kimi şüarlar ilə qarşılanmışdı.
Universitet professoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan müavini İsmayıl Kəhromun sözlərinə görə, Urmiya gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.