Yaxın Şərq gərginliyi birjaları sarsıtdı
Avropa indekslər üçüncü gündür enir
17:52 | 18 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 566 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
Bir üzv digərinin ərazisini bombalayıb
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Tehran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişini canlandırmaq üçün danışıqların dayandırıldığı bir vaxt prezident İbrahim Rəisi bazar ertəsi keçirilən hərbi paradda deyib ki, İslam Respublikasına qarşı “ən kiçik addım” atarsa, İran silahlı qüvvələri İsrailin ürəyini hədəf alar.
Yaxın Şərqdə yeganə atom arsenalına sahib olduğuna inanılan İsrail İranın heç bir nüvə razılaşmasına bağlı olmayacağını və nəticədə İranın nüvə obyektlərinə qarşı birtərəfli addım ata biləcəyini deyir.
“Sionist rejim, siz bilməlisiniz ki, ölkəmizə qarşı ən kiçik bir addım atsanız, silahlı qüvvələrimiz İsrailin ürəyini hədəfə alacaq”, Rəisi Milli Ordu Gününə həsr edilmiş hərbi paradda çıxışı zamanı deyib.
Parada zamanı silahlı qüvvələrin üzvləri Rəisinin ordu rəsmiləri ilə birlikdə dayandığı kürsünün önündən keçib. Vertolyotlar onların başları üzərindən uçub, paraşütçülər isə İslam dövlətinin banisi Ayətullah Ruhullah Xomeyninin məqbərəsi yaxınlığındakı ərazidə enib.
Raketlər, zirehli maşınlar, pilotsuz müşahidə təyyarələri və kiçik sualtı qayıqlar da paradın bir hissəsi olub.
“Bizim strategiyamız hücum deyil, müdafiədir. İran ordusu özünü gücləndirmək üçün sanksiyalar fürsətindən çox yaxşı istifadə edib və hərbi sənayemiz indi ən yaxşı vəziyyətdədir”, Rəisi bildirib.
ABŞ və İran nüvə razılığını xilas etmək üçün bir ildən artıqdır ki, dolayı danışıqlar aparır. Vaşinqton 2018-ci ildə razılığı tərk edib və Tehrana qarşı sanksiyaları bərpa edib.
Danışıqlar keçən ay Tehranın tələb etdiyi kimi ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu Xarici Terror Təşkilatı siyahısından çıxara bilib-bilməməsi ilə bağlı məsələnin həll edilmədiynə görə dayandırılıb.
İran buna nüvə proqramı ilə bağlı razılaşmadakı məhdudiyyətləri pozaraq reaksiya verib. Razılaşmaya əsasən, İran iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində nüvə səylərini məhdudlaşdırıb.
İran İsraili proqramla əlaqəli obyektlərə bir neçə hücumda və iranlı nüvə alimlərinin ölümündə ittiham edib.
İsrail bu iddiaları nə təkzib, nə də təsdiq edib.
İslam Respublikasının tanımaqdan imtina etdiyi İsrail İranı “nüvə dövləti” kimi qəbul etməyəcəyini bildirir.