
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Güney Azərbaycanın Ərdəbil əyalətinin Xiyav (Meşgin) şəhərinin fərmandarı İrəc Beygdili hazırda bölgə əhalisinin içməli və kənd təsərrüfatı sahəsində önəm daşıyan 8 su bəndinin tikintisinin yarımçıq qaldığını deyib. Xiyav bölgəsinin coğrafi şəraitinə görə, əkinçilik və bağçılıq sahəsində əhəmiyyətli rola malik olduğunu deyən Begdili su bəndləri layihələrinin tamamlanması üçün büdcə ayrılmamasının əhali arasında narazılıqlara səbəb olduğunu söyləyib.
Xiyavda bağçılıq sahəsinin yüksək potensialına, külli miqdarda bağçılıq məhsullarının istehsalına toxunan fərmandar, şəhərdə konversiya sənayesinin qurulmamasını tənqid edib.
Qeyd edək ki, xüsusilə son illər Güney Azərbaycanın su qaynaqlarına görə zəngin bölgələrindən olan Xiyav mahalında su hövzələrinin düzgün idarə edilməməsi içməli və kənd təsərrüfatı sahəsində su çatışmazlığına səbəb olub.
Su çatışmazlığı kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurduğu üçün bölgədə təsərrüfat işləri ilə məşğul olan on minlərlə insan məcburiyyət qarşısında iş axtarmaq üçün başqa əyalətlərə köçməyə məcbur olub.
Bir neçə gün bundan öncə Xiyavın İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə son illər mahalda köçün çoxaldığını, nəticədə isə Xiyavın əhalisinin sayının 250 min nəfərdən 160 min nəfərə qədər azaldığını deyib.