
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Höccət Cabbari Urmu gölündə ekoloji problemin daha da dərinləşdiyini deyib. “Bu il də mövcud tendensiyanın davam etməsi ilə Urmiya gölünün cənub hissəsini itirəcəyik”, - deyə o xəbərdarlıq edib.
Bundan öncə gölün bərpası ilə bağlı ümidlərin çoxaldığını deyən Cabbari, yağıntıların azalması, bərpa işlərinin axsaması və gölə buraxılmalı olan su payının verilməməsinin durumu yenidən çətinləşdirdiyini bildirib.
Urmu gölünün su həcmi və sahəsinin ötən ilin oxşar dövrü ilə müqayisədə önəmli dərəcədə azaldığını deyən Höccət Cabbari 3.4 milyard kubmetr olan ilki su payının yalnız 700 milyon kubmetrinin gölə buraxılmasını onun bərpasına heç bir təsir göstərməyəcəyini söyləyib.
Gölün bərpası işlərinin praktiki olaraq dayandırıldığını deyən Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini bunu insan qüvvəsi və lazım olan büdcənin ayrılmaması ilə əlaqələndirib.