
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, görkəmli Güney Azərbaycanşünas alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli vəfat edib. Bu barədə mərhum alimin yaxınları məlumat verib.
Güney Azərbaycan tarixinin, xüsusilə 1945-1946-cı illər Cənubi Azərbaycanda milli-demokratik hərəkatının, bu hərəkata rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin sədri Seyid Cəfər Pişəvəri elmi-bədii yaradıcılığının və siyasi fəaliyyətinin ən məhsuldar tədqiqatçılarından olan Əkrəm Rəhimli (Bije) 20 sentyabr 1939-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub.
O, əslən Güney Azərbaycanın Mərənd şəhərindəndir.
Pişəvəri hökuməti devriləndən sonra Güney Azərbaycan milli qüvvələrinin bir dəstəsi yeganə çıxış yolunu Quzey Azərbaycana üz tutmaqda görür.
1946-cı il dekabrın 12-14-də Azərbaycan SSR-ə gəlirlər. Sovet Azərbaycanına pənah gətirənlər arasında Əkrəm Rəhimlinin də ailəsi olur.
Əkrəm Rəhimli Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil alır. 1953-cü ildə buranı fərqlənmə diplomu ilə bitirir, 1975-ci ildə isə ikinci təhsilini tamamlayır - ozamankı Azərbaycan Dövlət Pedaqoji Universitetin tarix fakültəsini bitirir.
Bir müddət orta məktəbdə tarix fənnini tədris edir. Demokratik Firqənin orqanı olan “Azərbaycan” qəzetində əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışır.
İranın sosial-siyasi, iqtisadi və mədəni həyatı ilə müntəzəm tanış olan alimimizin çoxsaylı tərcümə və məqalələri, tezisləri, məruzələri dövrü mətbuatda çap olunub.
Əkrəm Rəhimli ötən əsrin sonundan tədqiqatını AMEA-nın Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsində davam etdirir.
Bu şöbədə çalışdığı illər ərzində Güney Azərbaycana aid onlarla elmi və publisistik məqalə yazıb, müsahibə və toplantılarda, dövlət radiosunda, başqa informasiya vasitələrində çıxışlar edib.
Elmi yaradıcılığının böyük hissəsini Güney Azərbaycan tarixinin araşdırılmasına həsr edən Əkrəm Rəhimli 100-dən çox publisistik, elmi məqalənin, bir sıra kitabların müəllifidir.
Ədəbi yaradıcılığı ilə məhsuldar alim “Güney Azərbaycan“, “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)“, “Parçalanmış millətin harayı“, “Seyid Cəfər Pişəvəri“, “Quzey və Güney Azərbaycan: ensiklopedik təqvim“, “Güney Azərbaycan” ensiklopedik məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə) kimi sanballı əsərlərin müəllifidir.
2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Allah rəhmət eləsin!