Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
12:05 | 7 may 2022 | Şənbə
Məqaləyə 1080 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Rusiyadan enerji asılılığının azaldılması üçün Fransa və İspaniya arasındakı yeni qaz kəmərində işlərin bərpa olunmasına çağırıb.
O mayın 6-da İspaniyanın baş naziri Pedro Sançeslə birgə mətbuat konfransı zamanı deyib: “İndi bütün Avropa başa düşüb ki, Rusiyanın yanacağından asılılığımızı azaltmalıyıq. Bu həm bizim iqlim dəyişikliyi hədəflərimizə, həm də Kremlin enerji şantajına cavab verir”.
Avropa İttifaqı, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri Rusiyanın enerji asılılığından xilas olmaq qərarına gəlib.
***
Aİ mayın 4-də Rusiya neftinə tam embarqo qoyulması təklifi ilə çıxış etsə də, Macarıstan, Slovakiya və Çexiya buna qarşı çıxıblar.
Bu ölkələr enerji baxımından Rusiyadan çox asılıdırlar.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın “dost olmayan” hesab etdiyi ölkələrin Rusiya qazı üçün ödənişləri rublla etmələrini tələb edib.
Moskva bunun ardınca Polşa və Bolqarıstana qazın nəqlini dayandırıb.
İspaniyada etdiyi çıxışında von der Leyen Avropa İttifaqı üzvləri arasında enerji müstəqilliyinin artırılması və Rusiyadan enerji asılılığının azaldılması məqsədilə qəbul edilmiş “REPowerEU” adlı paktdan söz açıb.
***
İspaniyada əsasən Əlcəzairdən idxal olunan maye qazın qəbulu üçün 6 terminal var. Buna baxmayaraq bu terminallardan Fransaya tutumu çox az olan iki boru kəməri çıxır.
Ətraf mühitin mühafizəsi fəalları Portuqaliya, İspaniya və Fransanı birləşdirəcək bu kəmər layihəsinə qarşı çıxış edirlər. Məhz bu səbəbdən 2013-cü ildə başlanmış layihənin maliyyələşdirilməsi 2019-cu ildə dayandırılıb.
Xanım von der Leyen deyib ki, bu layihəyə yenidən başlanmasına ehtiyac var və “bu, bizi birlikdə Rusiyanın hədələrindən azad edəcək”.
İspaniya hökuməti layihənin bərpa olunmasını istəsə də, tələb olunan 465 milyon dolların ödənməsinə həvəsli deyil.
Buna səbəb odur ki, layihə İspaniyanı birbaşa mənfəətləndirmir.
Sançes bildirib ki, “bu layihə Avropaya lazımdır və onu İspaniya və Portuqaliya yox, Avropa İttifaqı maliyyələşdirməlidir”.