İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:04 | 24 may 2022 | Çərşənbə axşamı
Məqaləyə 690 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran prezidenti İbrahim Rəisinin iqtisadi məsələlər üzrə müavini Möhsün Rzayi cari ildə də çətinliklərin çox olacağını etiraf edib. O, bütün sahələrdə, özəlliklə iqtisadiyyatda problemlərin olacağını, dövlətin bununla bağlı vətəndaşlara məlumat verməsinin vacibliyini deyib.
“İqtisadi və mədəni sahələrdə problemlərin yığılıb qalması ölkəni ciddi təhlükə ilə üzləşdirib. Buna görə ciddi dəyişikliklərə ehtiyac var”, – deyə Rzayi bu barədə Əli Xameneyinin göstəriş verdiyini bildirib.
Möhsün Rzayinin hazırkı böhranı nəzarət altına almaq üçün hökumətin “əməliyyat” apardığını iddia etməsinə baxmayaraq mütəxəssislər ölkənin iqtisadi təməllərinin dağıldığını deyirlər.
Bir müddət öncə İran hökumətinin tanınmış siyasi və iqtisadi təhlilçilərindən olan Əhməd Zeydabadi ölkənin ağır durumda olduğunu deyib.
“Təəssüf ki, İran iqtisadiyyatının təməlləri çox zəifləyib və bəzi sahələrdə tamamilə dağılıb.
Bu məsələ ictimai mədəniyyətə də böyük təsir göstərmiş və siyasi dəstələr arasında yanlış istiqamətləndirici və qeyri-sağlam rəqabət predmetinə çevrilmişdir”, – deyə Zeydabadi qeyd edib.