
Rejimin qalstuklu nökərləri
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Təbriz Bazarı ərazisində bələdiyyə tərəfindən aparılan qazıntılar zamanı şəhərin köhnə və tarixi hissəsi aşkarlanıb. Rəsmi dövlət agentliyi İRNA-nin yaydığı xəbərə görə, bələdiyyənin Təbriz bazarı ətrafında apardığı qazıntı işinin Mədəni İrs Idarəsinin məktubunu diqqətə almadan davam etdirdiyi bildirilir.
UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmış tarixi Təbriz Bazarı kompleksinin rəhbəri Hüseyn İsmayıli bu haqda mətbuata verdiyi açıqlamada deyib ki, arxeoloqların araşdırmaları Təbriz bazarı ərazisində tarixi tikililərin olduğunu göstərir.
“Bələdiyyə tərəfindən keçirilən layihə üçün aparılan qazıntı işləri Mədəni İrs İdarəsinin icazəsi və sorğusu olmadan həyata keçirilib”, rəsmi əlavə edib.
Mehr xəbər agentliyi bələdiyyənin layihə işlərini dayandırmadığını yazıb. Hüseyn İsmayılı bələdiyyənin layihəni dayandırması üçün məhkəməyə müraciət olunduğunu və prokurorluq tərəfindən verilən hökm əsasında qazıntı işinin dayandırılacağını açıqlayıb.
Bundan əvvəl 2019-cu ilində yenə də bələdiyyənin Təbrizin Valman məhəlləsində keçirdiyi şəhər layihəsi əsnasında aparılan qazıntılar zamanı qədim Təbrizin bir hissəsi aşkarlanmışdı. Daha sonra Şərqi Azərbaycan Mədəni İrs İdarəsi aşkarlanan binaların tarixi dəyəri olmadığını bildirərək, onların saxlanılmasına ehtiyac olmadığını bildirmişdi.
Mayın 22-dən etibarən qazıntılar zamanı aşkarlanan qədim Təbriz tikililərinin üzə çıxmasına baxmayaraq, şəhər layihəsinin dayandırılmaması sosial media istifadəçilərinin tənqidlərinə səbəb olub. Rəsmilərin yaxın günlərdə bu barədə rəsmi açıqlama verəcəyi gözlənilir.
Təbriz tarix boyu bir çox dövlətlərin paytaxtı olduğu üçün zəngin tarixi-mədəniyyət abidələrinə malikdir. Amma ümumilikdə şəhərin bu qədim və tarixi abidələrinin qorunub saxlanması üçün rəsmi qurumlar tərəfindən lazımi qayğı göstərilmədiyi qeyd edilir. Şərqi Azərbaycan rəsmilərinin dediyinə görə, Təbrizin qədim binalarından cəmi 10 faizi qalıb.
Azərbaycan milli hərəkatının bəzi fəalları hesab edir ki, İran Azərbaycanında və xüsusilə Təbriz şəhərində tarixi abidələrin dağıdılması sistemli xarakter daşıyır.