
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbrizdə yerləşən 700 illik “Həsən Paşa” tarixi abidəsinin acınacaqlı durumdadır. Bu barədə güneyli sosial media fəalları paylaşımlar ediblər. Onlar Ağqoyunlular dövrünə aid olan abidənin məsulların diqqətsizliyi ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qaldığını yazıblar.
Fəalların bildirdiyinə görə, tarixi abidələr barədə qanunun ziddinə olaraq 700 illik abidənin yaxınlığında tikilməkdə olan çoxqatlı bina onun görüntüsünü pozmaqla yanaşı daha çox zədələnməsinə səbəb olur.
Bundan öncə 2017-ci ildə tarixi abidənin sütun başlarının tullantılar arasında buraxılması yerli əhali və mədəni fəalların etirazları ilə qarşılaşmışdı.
Narazılıqların genişlənməsi və mediada yayılmasından sonra Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin o vaxtkı başçısı Mürtəza Abdar abidənin təmir ediləcəyi barədə söz verdi. Hadisənin üstündən bir müddət keçdikdən və ara sakitləşdikdən sonra verilən vədlərin heç biri yerinə yetirilmədi və tarixi abidə taleyin ümidinə buraxıldı.
Xatırladaq ki, məscid giriş hissəsi iki il bundan qabaq məhərrəmlik mərasimi keçirilərkən şam yandırmaları nəticəsində yandırılmışdı.
Sahibabad meydanının yaxınlığında tikilən dini kompleks (bura məscid, mədrəsə, xanəgah, hətta kəhriz də daxil idi) Şərq memarlığının şah əsərlərindən biri sayılır. Lakin Həsən Paşa məscidinin hazırkı vəziyyəti Təbrizdəki digər tarixi abidələrimiz kimi ürəkaçan deyil. Bu abidə 1975-ci ildə “Milli Abidələr” siyahısında qeydiyyata alınsa da, Azərbaycanın bir çox tarixi abidəsi kimi aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində ciddi dağıntılara məruz qalıb. Bir müddət əvvəl Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsi rəhbərinin müavini Əlirza Quçi Təbrizin tarixi strukturunun 90 faizinin tamamilə məhv edildiyini bildirmişdi
Həsən Paşa və ya Həsən Padşah məscidi Təbrizin Dəvəçi məhəlləsində yerləşir. Bu abidənin təməli 1419-cu ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin fərmanı ilə qoyulub.