
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbrizin İran parlamentindəki nümayəndəsi və Şərqi Azərbaycan Nümayəndələr Palatasının sədri Məhəmmədhüseyn Fərhəngi İran prezidenti İbrahim Rəisinin Təbrizə səfəri və azərbaycanlıların istəkləri ilə bağlı mediaya açıqlama verib.
Fərhəngi Şərqi Azərbaycan əyalətinin faydalı qazıntı ehtiyatlarına görə ölkədə birinci, hasilata görə üçüncü yeri tutmasına baxmayaraq, əyalət əhalisinin müxtəlif çətinliklərlə mübarizə etməyə məcbur buraxıldığını deyib.
Miyana-Təbriz dəmir yolu layihəsinin 20 ilə yaxındır yarımçıq qaldığını, Azərbaycan Mis Şirkətinin yaradılması ilə bağlı verilən sözlərin yerinə yetirilmədiyini deyən millət vəkili, azərbaycanlılara verilən vədlərin kağız üstündə qaldığını bildirib.
“Azərbaycanın iki futbol klubunun əyalətin mis şirkətlərinin mülkiyyətinə verilməsi əsas istəklərimizdən biridir”, – deyən Fərhəngi bunun baş tutmamasından narazılığını ifadə edib.
O, İbrahim Rəisi ilə əyalət məsullarının keçirdiyi görüşdə Kirman əyalətində dörd futbol klubunun Mis Şirkəti tərəfindən maliyyələşdirildiyi halda Azərbaycanın öz misinin gəlirlərindən “Traktor” və “Maşinsazi” klublarına maliyyə dəstəyinin ayrılmadığını bildirib.
Qeyd edək ki, yanvarın 4-də Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə anlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib.
Bundan sonra Kirmanın İran parlamentindəki nümayəndəsi Məhəmmədrza Puribrahimi və Rəfsəncaninin nümayəndəsi Hüseyn Cəlali buna etiraz edib, mis şirkətinin gəlirlərinin Kirmana aid olduğunu iddia ediblər.
Məsələnin üstündən keçən müddət ərzində müxtəlif bəhanələrlə Azərbaycan klublarının mülkiyyəti barədə qərar gecikdirilir, onlara maliyyə dəstəyinin verilməsinə əngəllər törədilir.