
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Avropa İttifaqının səfirləri iyunun 2-də Rusiyanın Ukraynaya müdaxiləsinə görə Moskva üzərinə sanksiyaların 6-cı paketini qəbul ediblər. Bu paketə Rusiya neftinə qismən embarqo da daxildir. Sanksiya siyahısının son variantında Rusiya Pravoslav Kilsəsinin başçısı Kirilin adı yoxdur.
Bu da xəbər verilir ki, patriarxın adının siyahıya daxil edilməsinə qarşı neft embarqosunda olduğu kimi yenə də Macarıstan çıxıb.
Xəbər verilir ki, sanksiyaların yeni paketin tam şəkildə dərci bu günə gözlənilir.
Dəniz tankerlərində daşınan Rusiya neftinə embarqo bu ilin sonundan qüvvəyə minəcək. Avropa İttifaqı bu məsələdə Macarıstana güzəşt edərək boru kəmərləri ilə nəql edilən neftə qadağan qoymayıb.
Macarıstan, habelə Slovakiya və Çexiya Rusiyadan nefti sovet vaxtı tikilmiş “Drujba” kəməri ilə alır.
Buna baxmayaraq sanksiyalar Rusiya neftinin faktiki olaraq 90 faizini qadağan edir.
Yeni sanksiya paketi Rusiyanın “Sberbank” bankını “SWİFT” ödəniş sistemindən çıxaracaq.
Bundan başqa Avropa İttifaqı Rusiyanın fiziki və hüquqi şəxslərindən ibarət siyahını bir qədər də genişləndirib.
Bu da xəbər verilir ki, Aİ-nin sanksiya siyahısına biznesmenlər Aleksey Mordaşov və Azərbaycan əsilli Qod Nisanovun da adları salınıb.
***
Patriarx Kirillin adının Aİ sanksiya siyahısına salınacağı barədə xəbərlər mediada yayılmışdı. Onun adının siyahıya salınmasını Litva təklif etmişdi.
Vilnüs bildirirdi ki, Kirilin bəzi bəyanatları Ukraynaya qarşı müharibəyə dəstək səciyyəsi daşıyır.
Lakin buna etiraz edən Macarıstan baş naziri Viktor Orban bildirmişdi ki, Kirilin adının siyahıya salınması din azadlığının ziddinə olardı.
Avropa İttifaqının xarici işlər komissarı Cozef Borrell demişdi ki, 6-cı paketin siyahısına “dezinformasiya yayan” şəxslər də daxil ediləcək.
Siyahıda məhz kimlərin adlarının olması iyunun 3-də məlum olacaq.
***
Lakin Birləşmiş Ştatların Rusiyaya qarşı iyunun 2-də açıqladığı sanksiyaların bütün hədəfləri məlumdur.
Yeni sanksiyalar Rusiya prezidenti Vladimir Putinlə bağlı hesab edilən superyaxtalarını, yaxtasatan firmanı, Rusiyanın bir sıra hökumət rəsmilərini əhatə edir.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyalardan məqsəd “Putin də daxil Rusiya elitasının pullarını gizlətmək üçün istifadə etdikləri şəbəkələri və onların dünya boyunca lüks aktivlərdən anonim istifadəsini” məhdudlaşdırır.
ABŞ-ın sanksiya siyahısına Putinin ofşor sərvətinin “baxıcısı” hesab edilən dirijor və skripkaçı Sergey Rolduginin, habelə onun arvadı – opera müğənnisi Yelena Mirtovanın adları salınıb.
Roldugin Putinlə yaxınlığına görə artıq bundan əvvəl Avropa İttifaqının, Britaniyanın, Avstraliyanın və Yeni Zelandiyanın sanksiya siyahılarına daxil edilib.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, yeni sanksiyalar ABŞ Dövlət Departamentinin beş oliqarxı və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı hədəfləyən sanksiyaları ilə tandemdə elan olunur.
***
Nazirlik bildirir ki, sanksiyalar habelə Rusiya bayrağı altında üzən “Graceful” və Kayman adalarının bayrağını daşıyan “Olympia” yaxtalarını hədəfləyir. Bu yaxtaların Putinin adı ilə bağlı olduğu bildirilir.
Rusiya prezidenti bu yaxtalarda çoxsaylı səyahətlər edib və ötən il onun Qara dənizdəki belə səfərlərindən birində yanında Belarus diktatoru Aleksandr Lukaşenko da olub.
Sanksiyaların hədəflədiyi yaxta firması isə Monakoda yerləşən Imperial “Yachts” şirkətidir. Bu şirkətin də adı Kremllə bağlıdır.
Bu firma istifadəsiz qaldıqları vaxtlarda yaxtaları kirayəyə verməklə məşğul olur.
ABŞ sanksiyaları habelə San-Marinodakı bir aviasiya şirkətinə də tətbiq olunur. Xəbər verilir ki, bu şirkət təyyarələri sanksiyalardan yayındırmaq üçün onları ofşorlara köçürən sxemin iştirakçısıdır.