İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:18 | 8 iyun 2022 | Çərşənbə
Məqaləyə 856 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranda hökumət qulluğunda çalışmış pensiyaçıların etirazları iyunun 7-də daha onlarca şəhərə yayılıb. Onlar ölkədə kəskin bahalaşmaya etiraz edir və pensiyaların artırılmasını istəyirlər.
Məşhəd, Şüstər, Elam, Yəzd, Qəzvin, Kərəc, Bəndər Abbas, Kirmanşah, Abadan və İsfahan da daxil 16 şəhərdən alınmış şahid məlumatlarında etirazların genişləndiyi bildirilir.
Xəbər verilir ki, İsfahanda pensiyaçılar Sosial Təminat İdarəsinin binası qarşısında boş süfrə açmış, rəmzi olaraq “süfrələrinin boş olduğunu” göstərmək istəmişlər.
Etirazçılar habelə əmək nazirinə qarşı şüarlar səsləndirmiş, onu “səriştəsizlik naziri” adlandırmışlar.
Bu da xəbər verilir ki, İsfahanda polis etirazçıların “Rəisiyə ölüm!” kimi şüarları səsləndirməsinin qarşısını almağa çalışırdı.
İllərdir ABŞ sanksiyaları altında olan İranda, pandemiyadan sonra iqtisadi vəziyyət daha da pisləşib.
İranda işsizlərin sayı 2 milyon nəfəri keçib, inflyasiya 45 faizdən yuxarı qalxıb.
Son aylarda İranda ən müxtəlif səbəblərlə bağlı etiraz aksiyaları keçirilir.
Adamlar havanın çirklənməsindən, içməli su qıtlığından, bahalaşmadan narazılıq edirlər.
Bugünlərdə isə Abadanda yaşayış binasının çökməsi və çox sayda insanın həlak olması geniş etiraz dalğası yaradıb.
Adamlar binanın uçmasına səbəbin keyfiyyətsiz tikinti və deməli korrupsiyanın olduğunu deyirlər.
Sosial gərginliyin artmasının qarşısını almaq üçün Əmək Nazirliyi iyunun 5-də pensiyaların 55 faiz artırılacağını elan edib.
Bu, pensiyaları ayda 55.8 milyon riala (177 dollar) çatdıracaq.
Lakin etirazçılar bu artımın bahalıqla müqayisədə yetərli olmadığını deyirlər.