vaxtlı-vaxtında oxuyun! Şənbə, 10 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
Berlində insanlar üzərinə avtomobil sürülüb 18:09 | 8 iyun 2022 | Çərşənbə Məqaləyə 680 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Berlində insanlar üzərinə avtomobil sürülüb

Bir nəfər ölüb, 10 yaralıdan 5-nin vəziyyəti ağırdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günü yerli vaxtla 10:30 radələrində Berlinin Şarlottenburq rayonunda avtomobil izdihama çırpılıb. Hadisə Tauentsinştrasse ticarət küçəsində baş verib.

Almaniya mətbuatının verdiyi məlumata görə, hadisə nəticəsində bir qadın həlak olub, 10-a yaxın yaralı var. Onlardan beş nəfərin vəziyyəti ağırdır.

Hadisə şahidləri bildiriblər ki, həmin şəxs avtomobilini səkiyə sürüb, daha sonra yolun hərəkət hissəsinə qayıdıb, sonra isə mağazanın vitrininə çırpılıb.

Polis sürücünün həbs edildiyini bildirib. Hadisənin qəza nəticəsində baş verməsi, yoxsa terror olması araşdırılır.

“Təxminlərə görə, kişi avtomobili bir qrup insanın üzərinə sürüb. Bunun qəza və ya qəsdən törədilmiş hərəkət olub-olmadığı hələlik məlum deyil”, – Berlin polisinin rəsmisi Tilo Kabliç bildirilib.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 19-da islamçı ekstremist Ənis Əmrinin yük maşınını qaçırdığı, sürücünü öldürdüyü, daha sonra Braytşeidplatsdakı izdihamlı Milad bazarında insanların üzərinə sürdüyü yerin yaxınlığında baş verib. Həmin hücum nəticəsində 11 nəfər ölmüş, onlarla insan yaralanmışdı.