İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:56 | 11 iyun 2022 | Şənbə
Məqaləyə 696 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Amerika Nümayəndələr Palatasının üzvü Tim Burçett “Amerika radisosu”nun fars bölümünə verdiyi müsahibədə İranın terrora verdiyi dəstəkdən danışıb. O, İran hökumətinin terror təşkilatlarını dəstəkləmək üçün milyardlar xərclədiyini deyib.
Amerikanın bir sıra qanunvericiləri Atom Enerjisi Təşkilatının rəhbəri Rafael Qrossinin İranın nüvə obyektlərində müşahidə kameralarının söndürülməsi və nüvə danışıqlarının canlandırılması üçün beynəlxalq səylərin sona çatması ilə bağlı şübhələrin yaranması haqda açıqlamasına münasibət bildiriblər.
Nümayəndələr Palatasının Respublikaçı üzvü Tim Burçett İran İslam Respublikasının fəaliyyətinə dair bir sıra narahatlıqlara diqqət çəkib.
Respublikaçı qanunverici Amerika hökumətinin İrana münasibətini “zəif” adlandırıb və bunu İranın pis davranışı qarşılığında onu mükafatlandırmaq kimi qiymətləndirib.
“Niyə biz öz xalqını dəfələrlə incidən, ona amansız davranan terrorçu qruplarla danışıqlar aparırıq?”, – deyə o, bildirib.
O, İrandakı etirazları insanlara qarşı münasibətin nəticəsi adlandırıb və deyib ki, İran hökuməti “Həmas, Hizbullah, Husi qiyamçıları və başqa terror təşkilatları kimi qruplara dəstək üçün milyardlarla dollar xərcləyir.