İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:29 | 14 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 1021 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran İnqilab keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinə qarşı əməliyyat keçirib. Bu barədə MİT bəyanat yayıb. Təşkilat israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxslərin saxlanıldığını bildirib.
Bəyanatda Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində bir çoxu SEPAH-ın Qüds qüvvələrinin üzvü olan şəxslərin həbs olunduğu qeyd olunub.
Onların məqsədinin İsrail vətəndaşlarının və İran hökumətinə müxalif şəxslərin oğurlanması olduğu deyilir.
Qeyd edək ki, bundan öncə İranın İsrailin Türkiyədəki hədəflərinə hücum cəhdlərinin qarşısının alındığı barədə məlumat yayılıb.
Məlumata görə, İsrail təhlükəsizlik rəsmiləri Ankara rəsmilərinə Türkiyə torpaqlarında İsrail hədəflərinə hücum etmək niyyətləri barədə məlumat verib və hücumların qarşısını almaq üçün onlardan kömək istəyib.
“Planlaşdırılan hücumlar Türkiyədə yerləşən İran şəbəkəsi tərəfindən həyata keçirilməli idi”, – deyə “Kan” televiziyası bildirib.
İsrailin yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmiləri son həftələr Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan Respublikası və Türkiyə kimi İrana qonşu ölkələrə səyahət edən İsrail vətəndaşlarına qarşı cavab hücumları ehtimalından narahat olduqlarını bildiriblər.