İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:21 | 15 iyun 2022 | Çərşənbə
Məqaləyə 1026 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri və BMT-dəki keçmiş səfiri Con Bolton Bayden administrasiyasının İranla nüvə razılaşmasına qayıdacağı təqdirdə İsrailin özünü təhlükədə hiss edəcəyi bildirib. O, İran ilə İsrail arasında müharibə ehtimalının artacağı barədə xəbərdarlıq edib.
“Bayden hökuməti danışıqlara qayıtsa, böyük səhv edəcək, çünki İsrail özünü təhlükə hiss edəcək və İranla İsrail arasında proksi-müharibənin real savaşa çevrilməsi ehtimalı artacaq. İran təhlükəsi ilə bağlı regionda vəziyyət çox ciddi həddə çatıb, ancaq mən qısa müddətdə Yaxın Şərqdə tammiqyaslı müharibənin olacağını düşünmürəm”, – deyə o bildirib.
Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri İranla Amerika arasında ciddi müharibə təhlükəsinin olmadığını və bunun olacağı təqdirdə İranın intihara cəhdi olacağını deyib.
Nüvə danışıqlarının bərpası ehtimalının çox aşağı olduğunu deyən Bolton Vyana danışıqlarının uğursuz olacağı halda, bir tərəfdən İsrail və ya başqalarını İranın nüvə proqramını dayandırmaq üçün gizli və ya aşkar hərəkətə keçə biləcəyini, digər tərəfdən, İrana qarşı sanksiyaların artacağını söyləyib.
İran xarici işlər nazirinin Amerika hökumətinin MAQATE-nin Qəyyumlar Şurasının qətnaməsinin əhəmiyyətsiz olduğuna dair İranı arxayın salması ilə bağlı sözlərinə reaksiya verən Con Bolton, qlobal təhlükəsizliyi qorumaq üçün beynəlxalq səylərə zərbə vurduğu üçün Amerika hökumətindəki bu daxili mənbənin Tehrana nə vaxt və nə dərəcədə fayda verdiyinin müəyyən edilməsinin vacibliyini deyib.
Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri vurğulayıb ki, İranda rejim dəyişməyənə qədər İslam Respublikasının dünyanı təhdid etmək planı davam edəcək.
“40 illik molla hakimiyyətinə görə İranın güclü müxalifəti yoxdur, ancaq İslam Respublikası devrilərsə, İran xalqı seçki keçirməklə öz taleyi barədə qərar verə biləcək”, – deyə Bolton fikrini bitirib.