
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Siyasi fəal Əmir Mərdani Güney Azərbaycanda getdikcə daha radikal şüarların səsləndirildiyi iqtisadi aksiyalar haqqında danışıb. Onun sözlərinə görə, siyasi və iqtisadi aksiyalar əvvəllər ayrı-ayrı təşkil olunurdu, ancaq İranda orta sinfin yoxsullaşması ilə birlikdə iki növ etiraz aksiyaları birləşir.
“İqtisadi vəziyyət o qədər ağır olub ki, artıq özləri də bunu etiraf etməyə məcbur qalırlar. Keçmiş prezidentlərin dönəmində, bunu o hökumətdə olan başçıların kifayətsizliyinə bağlayırdılar. Amma, İbrahim Rəisinin iş üstünə gəlməsindən sonra, artıq deyə bilmirlər ki, filan kəsin kifayətsizliyindən asılıdır. İndi də görürük ki, cümə imamları və başqa məsullar deyirlər bu bir ilahi imtahandır. Milləti səbrə-dözümə dəvət edirlər”, – Mərdani söyləyir.
O, son bir neçə ilə qədər İranın müxtəlif bölgələrində keçirilən kütləvi etirazların ümumiyyətlə siyasi xarakter daşıdığını, ancaq son illərdəki aksiyaların əsasən iqtisadi vəziyyətlə əlaqədar olduğunu vurğulayır.
Siyasi fəalın sözlərinə görə, “biz 5-6 il öncəyə qədər İranın bir çox yerində siyasi aksiyalara şahid olurduq. Yəni azadlıqlar məsələsi ilə bağlı etirazlar. 2009-cu ildəki olaylar və ya Güney Azərbaycanda 2006-cı ildəki aksiyalar kimi. Bu aksiyalara qatılanların bir çoxu orta sinfə mənsub olan kəsim idi. Ancaq, son illərdə iqtisadi durumun bərbad bir yönə getməsi aşağı təbəqədə olan əhalinin küçəyə çıxmasına səbəb oldu.”
Əmir Mərdani bir müddətdir artıq siyasi və iqtisadi etirazların birləşdiyi yeni bir mərhələnin başladığını ifadə edir.
“Məsələn 2009-cu ildə ki, millət siyasi məsələlər ilə bağlı küçəyə çıxmışdı, o aşağıdakı kəsim bunlara qatılmadı. İqtisadi vəziyyətlə bağlı etirazlara da ortada olan kəsim qatılmamışdı. Amma getdikcə iqtisadi durumun ağırlaşdığından dolayı ortada olan kəsim də artıq daha yoxsullaşır. Dolayısı ilə bu iki kəsim artıq iç-içə girib və biz siyasi-iqtisadi aksiyalara şahidik”.
İyun ayının 6-da Təbrizdə təqaüdçülərin təşkil etdiyi böyük etiraz yürüşündə sayları minlərə çatan nümayişçilər İran dövləti və rəsmilərinə qarşı sərt şüarlar səsləndirdi.
Əmir Mərdani deyir, “artıq Güney Azərbaycanda da belə aksiyaların olması və o şəkildə şüarların səsləndirilməsi çox önəmlidir. Bundan öncə Azərbaycanda müəyyən kəsimlərin təşkil etdiyi iqtisadi aksiyalar sadəcə o kəsimin tələbləri əsasında həyata keçirilirdi. Aksiyaları bədəl ödəmədən həyata keçirməyə çalışırdılar. Artıq iqtisadi durum çətinləşdikcə yoxsul təbəqə daha da radikallaşacaq. Çünki, əllərində olan imkanları da itirirlər”.
O, təqaüdçülərin yürüşünə işarə edərək deyir ki, “bu olaylarda elə o orta sinif meydana gəlib və şüarlarını da bilərəkdən gətirib ayrı səviyyə çıxardı. Məsələn İbrahim Rəisi əleyhinə şüar vermək, deyə bilərik ki, dolayısı ilə İranın başında olan dini və siyasi lider Xameneyi əleyhinə şüar verməkdir”.