İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:17 | 30 iyun 2022 | Cümə axşamı
Məqaləyə 1163 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın Buşehr əyalətinin Osləviyyə şəhərində yerləşən “Cənubi Pars kompleksi”nin neft emalı zavodunun dördüncü istehsal bölməsinə kiber-hücum edilib.
Verilən məlumata görə, kiber-hücumdan sonra Osləviyyədəki “Cənubi Pars kompleksi”nin dördüncü neft emalı zavodunun elektronika və telekommunikasiya departamentlərinin bütün şəxsi heyəti hazır vəziyyətə gətirilib.
Kiber-hücum nəticəsində neft emalı zavodunun adı çəkilən bölməsinin fəaliyyətinin iflic olduğu və işlərin dayandırıldığı bildirilir.
Bundan öncə iyunun 27-i səhər saatlarında “Yırtıcı sərçə” adlı haker qrupunun hücumundan sonra Xuzistanın polad zavodu və İsfahanın “Mübarəkə” polad zavodu texniki problemlərə görə fəaliyyətlərini dayandırdığını bildirib və zavodun veb saytına giriş mümkün deyil.
Qeyd edək ki, İsrailin baş naziri Naftali Bennet iyunun 28-də kiber-hücumlarla bağlı İrana xəbərdarlıq edib və bu ölkənin buna görə bədəl ödəyəcəyini deyib.
O, İranın əhəmiyyətli iqtisadi müəssisələrinə geniş kiber hücumlardan bir gün sonra bildirib ki, əgər İran İsraillə kiber müharibəyə daxil olsa, bunun ağır nəticələrinə dözməli olacaq.