İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:58 | 5 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 1103 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Belçika və Avropanın başqa ölkələrində yaşayan iranlı qaçqın və siyasi fəallar Belçika hökumətinə məktub yazıb. Onlar Brüssel hökumətinin İranla məhbus mübadiləsi barədə qanun layihəsindən qəbulundan sonra terrorçuların Tehrana veriləcəyi ehtmalından narahat olduqlarını ifadə ediblər.
Belçikanın baş naziri və parlament üzvlərinə məktubu 430 hüquq müdafiəçisi və müxalifət fəalı yazıb.
Onlar İran terrorçusu Əsədulla Əsədinin ekstradisiyasına gətirib çıxara biləcək qanun layihəsindən narahat olduqlarını bildirib, bu qanunun terrorçulara amnistiyasına icazə verdiyini deyiblər.
“İnsan haqları təşkilatlarının hesabatlarında İranın indiyədək İrandan kənarda bir neçə yüz müxalifini qətlə yetirdiyini bildirilir.
Bu qətllərin bəzilərinin Avropa ölkələrində baş verdiyini nəzərə alaraq, belə bir qanunun qəbul edilməsi Tehran hökumətinin rəqiblərini daha az risklə öldürmək üçün öz qatil qruplarını Belçikaya göndərə biləcəyi ehtimalı var.
Çünki bu qatillər Belçika hökumətinin onları birbaşa öz ölkələrinə qaytaracağına əmin olacaqlar”-deyə, məktubda qeyd olunub.
Məktub müəllifləri adı çəkilən qanun layihəsinin qəbul olunacağı təqdirdə bundan sonra İran tərəfindən törədiləcək terror aktlarına görə Belçika hökumətinin də adının İranla bir yerdə çəkiləcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, İranın casus-diplomatı Əsədulla Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.
Əsədulla Əsədi İranın Avstriyadakı səfirliyində işləyərkən Nəsimə Nəami və Əmir Səduniyə mücahidlərin toplantısını hədəfə almaq üçün başqa bir şəxsin köməyi ilə yarım kiloqram partlayıcı verib.
Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.
Əsədulla Əsədi apelyasiya şikayətindən imtina edib.
Lakin apelyasiya məhkəməsi Mehrdad Arifani, Nəsimə Nəami və Əmir Səduninin şikayəti əsasında keçirilib.
Əsədulla Əsədi İran Kəşfiyyat İdarəsinin Avropadakı əsas rəsmilərindən biri kimi qeyd edilib və onun bu qitədə İslam Respublikasının casus şəbəkəsinə rəhbərlik etdiyi bildirilir.