Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:19 | 7 iyul 2022 | Cümə axşamı
Məqaləyə 1105 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Avstraliya Xarici işlər naziri Penni Vonq çərşənbə günü Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda çıxışı zamanı deyib ki, Rusiya üzərində “təsiri” olan böyük ölkələr ondan Ukraynadakı müharibəyə son qoymaq üçün istifadə etməlidirlər.
Hərbi müdaxiləni səbəbsiz, qanunsuz, əxlaqsız və qeyri-insani adlandıran Vonq işğalı qınamayan Çini Ukraynadakı münaqişəyə son qoymağa yardım etməyə çağırıb.
“Çin beynəlxalq təsirini hərbi gücün hüdudlarından kənara çıxarmaq üçün bu gücdən təmkinlə və legitimliklə istifadə etməlidir. Bölgə və dünya indi Pekinin Ukrayna ilə bağlı hərəkətlərini izləyir”, – Vonq deyib.
Avstraliya Rusiya rəsmilərinə, o cümlədən siyasətçilər və ordu üzvlərinə genişmiqyaslı sanksiyalar tətbiq edib.
Vonq həmçinin Sinqapurda müxbirlərə deyib ki, Avstraliyanın yeni mərkəz-solçu administrasiyası regional tərəfdaşlara iqlim dəyişikliyinə qarşı mübarizədə daha geniş tədbirlər görməyi vəd edib.
“Avstraliyanın yeni hökuməti iqlim dəyişikliyi ilə bağlı daha böyük ambisiya ilə seçildi. Biz bunu ölkələrimiz üçün də böyük imkan olaraq görürük”, – deyə Vonq bildirib.
Vonq çıxışında Avstraliyanın Cənub-şərq Asiyada sülh və firavanlığa sadiqliyini vurğulayıb.
Sidneydə qərargahlanan tədqiqat qrupu “Lowy” İnstitutunun analitiki Suzanna Patton Avstraliya Yayım Şirkətinə deyib ki, nazirin çıxışının məqsədi həmçinin Çinlə münasibətlərdə ümumi dil tapmaq olub.
“Məncə onun çıxışı Penni Vonq tərəfindən Avstraliyanın Cənub-şərqi Asiya ilə münasibətlərini daha müsbət şəkildə yenidən nəzərdən keçirmək və ümumi maraqları müəyyən etmək cəhdi idi, baxmayaraq ki, Avstraliya və Cənub-şərqi Asiya getdikcə daha çox Çini çox fərqli görür”, – Patton deyib.
Avstraliyanın Çinlə münasibətləri son illərdə ən aşağı səviyyəyə enib. Onlar arasında Honq Konqda insan hüquqları, demokratiya və Pekinin Cənubi Çin dənizindəki ərazi ambisiyaları ilə bağlı mübahisələr olub. Bundan əlavə onlar bu il Çinin Sakit Okean regionunda ticarət və təhlükəsizlik gündəmini irəlilətmək cəhdləri səbəbilə fikir ayrılığı yaşayıblar.
Avstaliyanın Leyborist hökuməti əvvəlki sağ-mərkəzçi hökumətin Çinə qarşı tez-tez sərgilədiyi qərəzli tonunu aradan qaldırmaq istəyir.
Vonq daha diqqətcil yanaşma vəd edib. Bildirilir ki, onun bu həftə Balidə keçirilən Böyük İyirmilər sammiti çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşmə ehtimalı var.