
Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Qəfil peyda olub, öz-özünə yox olan bəlası
Qonşularının müstəqilliyinə məhəl qoymayan Rusiya ondan icazəsiz atılan hər addım “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir
Ərazidəki insanlar sərxoş olub yatırlar
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Tokayev hərbi doktrinanı da dəyişdirib
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
İki yol arasında fərq 500 km-ə yaxındır
Qazaxıstan prezidenti ölkə neftinin ixracı üçün yeni marşrutlartın müəyyən edilməsinə çağırıb. Buna səbəb Rusiyanın Qazaxıstan neftini Qərb bazarlarına nəql edən kəmərin fəaliyyətini dayandırmasıdır.
Şərhçilər deyirlər ki, Kasım-Jomart Tokayevin bu bəyanatı həm də Qazaxıstanla Rusiya arasındakı münasibətlərdə artan gərginliyi əks etdirir.
Qazaxıstan neftinin 80 faizini Rusiya ərazisindən keçən Xəzər Kəməri ilə Qara dənizdəki Novorossiysk portuna nəql edir. Daha sonra neft Avropa bazaralarına daşınır.
İyulun 6-da ABŞ-ın neft nəhəngləri “Chevron” və “ExxonMobil” də daxil Xəzər Kəməri Konsorisumuna daxil şirkətlər bildiriblər ki, Rusiya sözü gedən kəmərin onun ərazisinə düşən hissəsinin texniki vəziyyətinin yoxlanması üçün neftin nəqlinin noyabrın 30-dək dayandırılması barədə qərar qəbul edib.
***
Tokayev iyulun 7-də rəsmilərlə söhbətində deyib ki, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi mümkünlüyünü araşdırsınlar. Onun sözlərinə görə bu kəmər Rusiya ərazisindən yan keçməlidir.
Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana Trans-Xəzər Qaz Kəməri çəkilməsi ideyası 1990-cı illərin sonlarından bəri zaman-zaman gündəmdə olub.
Bu ideya xüsusilə də Rusiya ilə Ukrayna arasında qazın tranziti ilə bağlı mübahisə və qarşıdurmalar baş verəndə aktual olurdu.
Xəzərin dibi ilə Qazaxıstandan neft kəmərinin çəkilməsi ideyası da dövriyyədə olub.
Lakin bütün bu layihələr Rusiyanın və müəyyən mənada İranın potensial mənfi münasibətilə bağlı elə ideya olaraq da qalıb.
***
Birləşmiş Ştatlar, Britaniya və qismən də Avropa İttifaqı Moskvanın Ukraynaya səbəbsiz müdaxiləsi ilə bağlı Rusiya üzərinə neft embarqosu qoyublar.
Bəzi şərhçilər Rusiyanın Qazaxıstan neftinin nəqli ilə bağlı qərarını Moskvanın qisası kimi qiymətləndirirlər.
Bundan başqa Qazaxıstan prezidentinin Ukrayna müharibəsinə və separatçı DXR və LXR-ə mənfi münasibəti də vəziyyətin gərginləşməsinə töhfə verib.
Bundan başqa Qazaxıstan Rusiyaya Qərb sanksiyalarından yayınmaqda kömək etməyəcəyini açıq bəyan edib.
Qazaxıstan nefti dünya istehlakının 1 faizini təşkil edir və onun uzun müddətə dayandırılması neft bazarlarında narahatlıq yarada bilər.
Xəzərin dibi ilə çəkiləcək hər hansı neft kəməri məntiqi şəkildə Azərbaycana çıxmalıdır.