
Gənclər də Makronu sevmir
Fransada hər 10 nəfərdən 8-i Baş nazir razı deyil!
Fransada hər 10 nəfərdən 8-i Baş nazir razı deyil!
“Müttəfiqlər arasında ticarət müharibəsi cəfəngiyatdır”
Fransa prezidenti qalıq yanacaqlarla bağlı susması ekoloqları məyus edir
Öz sözlərinə istinad etsək, Fransa prezidentinin ya mənəviyyatı çatmadı, ya da məsuliyyəti
... Niyə erməni separatizminə “hə”, rusa “yox” deyir...
Makronun mum heykəlini oğurlayanları 10 ilə həbs cəzası gözləyir
Makronun mum heykəli oğurlanıb
... Yaxud qapazaltı “Napoleon”
Makrondan “Sillə” videosu ilə bağlı açıqlama
Təyyarədə həyat yoldaşı mübahisə Fransa prezidentinə baha başa gəldi
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
Azərbaycanla bağlı həqiqəti deyənlər “dövlət üçün təhlükəli şəxslər” siyahısına salınır
Ölkəsində reytinqi yerlə gedən Makronun səsvermə fobiyası yaranıb
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
85 faizə 700 milyon ödənildi
“Uber” texnologiya nəhənginin qanunları pozması, polisi aldatması, sürücülərə qarşı zorakılıqdan sui-istifadəsi, hökumətləri gizli ələ almasına dair gizlin sənədlər mediaya sızdırılıb.
“Uber faylları” şirkətin beynəlxalq ekspansiya naminə prezidentlərə, baş nazirlərə, digər aparıcı rəsmilərə çıxış əldə edərək imtiyaz, nüfuz qazanmağa çalışdığını göstərir. Elektron yazışmalar, mətn mesajlar, daxili memolar və digər sənədlər “Uber” rəsmilərinin yerli qanunları pozduğunu, hökumətləri aldatdığını, vergilərdən yayındığını, sürücülərə qarşı zorakılıqdan təzyiq vasitəsi kimi yararlandığını ortaya qoyub.
***
“The Guardian” qəzetinə sızdırılmış 124 mindən çox sənəd Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) ilə paylaşılıb, 29 ölkədə 180-dən çox jurnalist birgə tədqiqat aparıb.
“The Guardian” yazır ki, bu sənədlər “Uber”in Silikon Vadisinin ən məşhur şirkətlərindən birinə çevrilməsilə bağlı etik baxımdan mübahisələri sualları üzə çıxarıb.
Sənədlər şirkətin həmtəsisçisi Travis Kalanikin beşillik idarəçilik dövrünü əhatələyir. Kalanik taksi çağırma xidmətini dünyanın müxtəlif şəhərlərinə qanunları pozmaq bahasına belə yaymağa çalışırdı.
Sızdırımış mesajlardan görünür ki, şirkət rəsmilərindən biri zarafatla “pirat”a çevrildiklərini deyib, digəri isə “qanunsuz” işlədiklərini dilə gətirib.
***
2015-ci ilin aprelində “Uber”in Amsterdam ofisində yerli orqanlar reydə başlayandan 20 dəqiqə sonra şirkətin kompüter ekranları qaralır. Kalanik şirkətin daxili şəbəkəsini söndürmək əmri veribmiş. “Təcili, ‘rubilnik’i (elektrik cərəyanını kəsən açar) söndürün. Amsterdamda çıxış kəsilməlidir”, – Kalanik emailində yazıb.
“Washington Post” belə hallarda hakim orqanların istədikləri datanın hamısına çıxış əldə edib-etmədiyini öyrənə bilməyib. “Bloomberg News” isə yazıb ki, azı bir halda Uber hakim orqanların birinci mərhələdə ala bilmədiyi sənədləri ikinci axtarış orderindən sonra təqdim edib.
2013-2017-ci illəri əhatələyən emaillərdən birində Kalanik Fransada “Uber” sürücüləri etiraza çıxarlarsa, taksi biznesindəki qəzəbli rəqiblərinin zorakılığı riski ilə üzləşə biləcəkləri fikrilə razılaşmır, digər rəsmilərin bu məsələdən narahatlığını rədd edir. “Məncə, buna dəyər. Zorakılıq uğurun zəmanətidir”, – o yazıb.
Kalanikin sözçüsü isə bəyanatında bildirib ki, o, “heç vaxt “Uber”in sürücülərin təhlükəsizliyi bahasına zorakılıqdan yararlanmalı olduğunu nəzərdə tutmayıb”, belə iddialar tamamilə saxtadır.
***
Sənədlərdə Kalaniklə Emmanuel Makron arasında yazışmalar da var. O zaman Fransanın iqtisadiyyat naziri olan Makronun “Uber”in bu ölkədə fəaliyyətini genişləndirməsinə gizli kömək etdiyi, “Uber”in onun özünə və əməkdaşlarına mütəmadi və birbaşa çıxışın olduğu bildirilir.
Hazırda prezident olan Makron “Uber”ə deyirmiş ki, şirkətə kömək üçün Fransa hökumətindəki opponentləri ilə gizli “razılaşma” da əldə edib.
Almaniyanın indiki kansleri, o zaman Hamburqun meri olan Olaf Şolts “Uber”in lobbiçilərinə qarşı çıxaraq sürücülərə minimum əməkhaqqı verilməsində təkid edəndə, şirkət rəsmilərindən biri həmkarlarına deyib ki, o, “əsl komediyaçıdır”.
Həmin dövrdə ABŞ-ın vitse-prezidenti olan Co Bayden də “Uber”i dəstəkləyirmiş. O, Davosda Dünya İqtisadi Forumunda şirkətlə görüşə gecikəndə Kalanik həmkarına mesaj göndərib: “Adamlarıma tapşırdım ona desinlər ki, gecikdiyi hər dəqiqə mənimlə görüşündən kəsilir”.
Kalaniklə görüşdən sonra Bayden Davosdakı çıxışında dəyişiklik edib, milyonlarla işçiyə “istədikləri qədər işləyərək öz həyatlarını istədikləri kimi idarə etmək azadlığı” verəcək şirkət başçısından danışıb.
Sənədlərdən birinə görə, “Uber” 2016-cı ildə lobbiçilik və ictimaiyyətlə münasibətlərə 90 milyon dollar xərcləməyi planlaşdırıb. Şirkətin strategiyasına şəhər merlərinə, nəqliyyat orqanlarına çıxış əldə etmək daxil olub.
***
“Uber” sızdırılan sənədlərə cavab bəyanatında “səhvlərini və yanlış addımlarını” etiraf edib, 2017-ci ildən bəri, indiki rəhbər Dara Xosrovşahinin liderliyi altında transformasiya olunduğunu bildirib.
“İndiki dəyərlərimizə uyğun olmayan keçmiş davranışa görə üzr istəməyəcəyik. Əvəzində ictimaiyyətdən xahiş edirik ki, bizi son beş ildə etdiklərimiz və gələcəkdə edəcəklərimiz əsasında dəyərləndirsinlər”, – bəyanatda deyilir.
Kalanikin sözçüsü isə “Uber”in ekspansiya təşəbbüslərinin “dünyanın onlarla ölkəsində yüzlərlə lider tərəfindən, birbaşa nəzarət altında həyata keçirildiyini” qeyd edib.
Hazırda dünyanın ən böyük iş platformalarından olan “Uber” 43 milyard dollarlıq bir şirkətdir, günə 19 milyona yazın taksi səyahəti gerçəkləşdirir.