
“Nikkei” zirvədə
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
İndeks maliyyə nazirinin açıqlamasından sonra ilk dəfə 44 min xal səviyyəsini keçdi
“ABŞ Yaponiya mallarına tətbiq etdiyi gömrük vergisini azaldacaq”
Siyasi böhran və ABŞ vergilərinə baxmayaraq ...
Yaponiyada “Nikkei 225” güclü ÜDM və İşibanın istefası sonrası sıçradı
Yaponiya Baş naziri: “Bayrağın növbəti nəslə verilməsi lazım olduğuna inanıram”
Tramp gömrük vergisi tətbiq edən sazişi imzaladı
Şəhərlərdə tüfəng istifadəsinə icazə verildi
“Göy üzünü Ay kimi işıqlandırdı”
Yaponiya və Cənubi Koreyada nüvə silahı müzakirələri; Trampın siyasətləri müttəfiqlərində narahatlıq doğurur
ABŞ və Yaponiyanın ixracı gözləntiləri aşdı
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
“F-2A”nın pilotu xilas edildi
... Yaxud bir yaponla, amerikalının fərqi
Yaponiya qurtuldu, Hindistan isə nikbindir
Yaponiya mediasında yeni detallar
Yaponiyada çərşənbə axşamı keçmiş baş nazir Şinzo Abeni son mənzilə yola salıb. Keçən həftənin cümə günü Nara şəhərində kampaniya zamanı güllələnərək öldürülən Abeyə hörmət əlaməti olaraq, gül və digər əşyalar gətirən çox sayda insan vida mərasimi üçün Tokionun Zojoji məbədi qarşısında sıraya düzülüb. Vida mərasiminə gələnlərin çoxu məbədin qarşısında dua edərkən ağlayıb.
Zojoji məbədi 67 yaşlı Abe üçün yalnız yaxın dostları və ailəsi ilə məhdudlaşan özəl mərasimin keçirildiyi yer idi. Daha sonra Abenin tabutu məbəddən çıxarılıb və cənazə maşınına qoyularaq, kremasiya edilmək üçün Tokionun mərkəzində Kiriqaya Cənazə Zalına aparılıb. Minlərlə sakin vidalaşmaq üçün Tokio küçələri boyunca düzülüb.
Cənazə avtomobilinin baş nazirin rəsmi ofisi, Parlament binası və Liberal Demokrat Partiyasının qərargahı kimi Abenin siyasi karyerasında mühüm rolu olan bir neçə məkanın qarşısından keçməsi nəzərdə tutulurdu.
Abenin qətlində şübhəli bilinən silahlı şəxs, 41 yaşlı Tetsuya Yamaqani keçmiş baş naziri güllələdikdən sonra dərhal həbs edilib.
Yaponiya xəbər agentlikləri ölkənin Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü olan Yamaqaninin Abeni anasının maliyyə çətinliklərində günahlandırdığı naməlum dini qruplaşmanın üzvü olduğuna inandığı üçün onu öldürmək istədiyini bildirib.
1950-ci illərdə Cənubi Koreyada mərhum rahib Sun Myun Mun tərəfindən yaradılan qlobal dini hərəkat olan Birlik kilsəsi bazar ertəsi Yamaqaminin anasının kilsənin üzvü olduğunu təsdiqləsə də, onun etdiyi hər hansı ianə ilə bağlı şərh verməyib.