Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:19 | 12 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 994 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin rəsmiləri bazar ertəsi COVİD-19-un qlobal səviyyədə yayılmasından əvvəl ilk başladığı Uhan şəhərində vəba xəstəliyinin baş verdiyini təsdiqləyib. Dövlət mediası bunun hələ də COVID epidemiyası ilə mübarizənin davam etdiyi vaxt ictimai narahatlığa səbəb olduğunu etiraf edib.
Çinin rəsmi Sinhua xəbər agentliyi bu barədə məlumatı bazar ertəsi axşam öz internet saytının ön səhifəsində, Vuçan rayonu hökumətinin xəstəliklərə nəzarət mərkəzinin yaydığı ictimai elana istinadən dərc edib. Uçan Uhan şəhərinin bir milyondan çox sakini olan bir rayondur. Xəstəliyə yoluxma halı Uhan Universitetində qeydə alınıb.
Çərşənbə axşamı yerli vaxtla səhər saatlarından etibarən bu xəbəri artıq Sinhua agentliyinin ön səhifəsində və vebsaytın yerli xəbərlər bölməsində tapmaq mümkün olmayıb.
Uhan Universiteti bazar ertəsi mədə xəstəliyi olan bir aspirantın iyulun 8-də qızdırma, qusma və ishal keçirdikdən sonra universitetin xəstəxanasına yerləşdirildiyini bildirib. Universitetdən verilən məlumata görə, bundan sonra tələbə iki dəfə daha yüksək səviyyəli xəstəxanalara köçürülüb və hazırda karantindədir.
Universitetin məlumatına əsasən, tələbənin qaldığı yataqxana, eləcə də tələbənin işlədiyi laboratoriya iyulun 9-dan etibarən bağlanıb. Onunla yaxın kontaktda olan üç nəfər - iki otaq yoldaşı və xəstəxanaya yerləşdirilməzdən əvvəl həmin tələbə ilə nahar edən üçüncü şəxs karantinə alınıb.
İyulun 9-u axşamdan ertəsi gün səhərə qədər eyni yataqxana binasında yaşayan 254 tələbə, həmçinin yataqxana binalarının müdirləri və 15 satıcı testdən keçirilib. Universitetdən bildirilib ki, potensial təsirə məruz qalan ərazilər müvəqqəti olaraq bağlanıb, müvafiq işçilər “qaydaya uyğun olaraq” karantinə alınıb və onlara profilaktik olaraq dərmanlar verilib.