İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
20:37 | 17 iyul 2022 | Bazar
Məqaləyə 1009 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
“İranın nüvə bombası hazırlamaq üçün imkanı var və İsrailə hücum etməyə hazırıq”. Bunu İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərazi deyib.
Amerika və İsrail bu yaxınlarda İranın nüvə silahı əldə etməyəcəyinə dair söz versələr də, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi Tehranın nüvə bombası yaratmaq üçün texniki imkanlara malik olduğunu və İsrailə dərinliklərinə zərbələr endirməyə hazır olduğunu deyib.
Strateji şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20 faizdən 60 faizə qaldıra bilib və bu səviyyəni asanlıqla 90 faizə çatdıra bilər.
Xərazi nüvə danışıqlarının dirçəldilməsi üçün davam edən danışıqlar barədə də bildirib ki, Amerika tərəfindən danışıqların qorunub saxlanması ilə bağlı heç bir zəmanət yoxdur və bu, istənilən mümkün razılaşmanı çətinləşdirir.
Əli Xameneyinin müşaviri raket proqramı və İranın regional siyasətləri ilə bağlı istənilən danışıqları təslim olmaq kimi qiymətləndirib.
“Qonşu ölkələr tərəfindən təhlükəsizliyimizin hədəfə alınması bu ölkələrin və İsrailin birbaşa cavab zərbələrimizlə qarşılanacaqlarına səbəb olacaq”, – deyə, Xərazi bölgədə İran təhdidinə qarşı yaranacaq koalisiya ilə bağlı məsələyə münasibət bildirərkən deyib.