
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
İranın ali rəhbəri Əli Xameneyinin Zəngəzur dəhlizi ilə bağlı “Twitter”də yazdığı status Güney Azərbaycanda etirazla qarşılanıb. İran saytlarının Xameneyinin paylaşımını yaydığı səhifələrin şərh bölümündə sosial şəbəkə istifadəçiləri ali rəhbəri riyakarlıqda, həqiqətləri təhrif etməkdə günahlandırıb.
Onlar Xameneyinin “Qarabağın qayıtmasına sevinirik” ifadəsinin yanlış olduğunu bildirib, onun Qarabağı Azərbaycan ordusu tərəfindən azad olunmasını etiraf etməyə dili gəlmədiyini bildiriblər.
Bir çox sosial media fəalı “Qarabağ öz-özünə qayıtmadı, Azərbaycan ordusunun igidliyi, minlərlə şəhidin qanı bahasına geri qaytarıldı, azad edildi”, – deyə Xameneyini saxtakar adlandırıblar.
“Əlbəttə siz məcburi sevinirsiniz. 30 il boyunca Qarabağın azad edilməsinə heç bir yardım etmədiniz. Bunu edib hörmət qazana bilərdiniz. Ancaq İlham Əliyev və Ərdoğan bunu bacardıqları üçün bütün türklərin ürəyində yer elədilər”, – deyə təbrizli fəal yazıb.
Bununla yanaşı çox sayda istifadəçi Xameneyinin “ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olsa İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur” ifadəsinin saxtakarlıq nümunəsi olduğunu qeyd ediblər.
Onlar bir neçə on il bundan öncəyə qədər Ermənistan adlı dövlət olmadığını, o torpaqların Azərbaycana məxsus olduğunu vurğulayıb, Xameneyini saxtakarlıqda və savadsızlıqda suçlayıblar.
Bir sıra fəallar İran rəhbərinin paylaşımını ironiya ilə qarşılayıb və “çox narahat olsanız Ermənistanla əlaqə üçün sərhəddə yeraltı tunel qaza bilərsiniz”-deyə, yazıblar.
Qeyd edək ki, Xameneyi iyulun 19-da özünün “Twitter” səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhədinin bağlanması ehtimalından narahatlığını ifadə edib.
“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olsa İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur”, – deyə Əli Xameneyi yazıb.