
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Ərdəbildən Abıbəyli şəhərinə gedən yolu üzərində, Nəmin şəhərinin inzibati ərazi bölgüsünə daxil olan tarixi məkanda dəmir-polad zavodu tikintisi layihəsinə başlanılıb.
Arxeoloq və mütəxəssislərin bildirdiyinə görə, 2 hektar ərazini əhatə edən tarixi məkan Parfiya dövrünə (e.ə. 247-224) aiddir.
Zavodun tikintisi nəzərdə tutulan ərazinin 1000 kvadrat metr sahəsində parfiya dövrünə aid nadir tikinti nümunələri, saxsı əşyalar, nadir məzar nümunələri və insan skeletləri mövcuddur.
Bu unikal yerin qazıntılarında iştirak edən mütəxəssislər heyrətamiz artefaktların, o cümlədən ilk “qayçı”nın aşkar edildiyini bildirirlər.
Ərdəbilli milli-mədəni fəalların verdiyi məlumata görə, Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə çox sayda müraciətlərin olmasına baxmayaraq tarixi bölgədə işlər dayandırılmayıb.
Onların məlumatına görə, adı çəkilən yerin ətrafında beton maneələr quraşdırılıb və layihə rəhbərliyi yerli dövlət qurumlarının dəstəyi ilə zavodu tarixi yerin üzərində qurmaqda israrlı görünürlər.