Türkiyənin güclü geoiqtisadi həmləsi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
13:41 | 20 iyul 2022 | Çərşənbə
Məqaləyə 843 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
İran Şimali Afrikada yeni terror şəbəkəsi yaradır
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
Bir üzv digərinin ərazisini bombalayıb
ABŞ Dövlət Departamentinin illik hesabatında İran dünyada insan alverinə qarşı mübarizədə ən uğursuz ölkələrdən biri kimi göstərilib.
“İran hökuməti insan alveri fenomenini aradan qaldırmaq üçün minimum standartlara əməl etməyib və hətta koronavirus epidemiyasının ölkənin insan alveri ilə mübarizə qabiliyyətinə vurduğu təsirləri belə nəzərə alsaq, bu ölkənin ciddi bir addım atmadığını söyləmək olar”, – deyə hesabatda qeyd olunub.
Buna görə də Amerika Dövlət Departamenti İranı Rusiya, Çin Xalq Respublikası, Birma, Kuba, Əfqanıstan, Suriya və Şimali Koreya kimi insan alveri ilə mübarizədə ən aşağı standartlara malik ölkələrin yanında üçüncü kateqoriyada saxlayıb.
Hesabatda qeyd olur ki, İran hökuməti ciddi səylər göstərməsə də, insan alveri probleminin həlli üçün bəzi tədbirlər, o cümlədən bununla mübarizə strategiyaları və planlarını formalaşdırmaq üçün Daxili İşlər Nazirliyində insan alverinə qarşı mübarizə komitəsinin formalaşdırılmasına təşəbbüs göstərib.
“Buna baxmayaraq, İran hökuməti uşaqları orduya cəlb etmək, böyükləri aldatmaq və ya Suriya müharibəsində İran silahlı dəstələri tərkibində radikal qruplara qoşulmağa məcbur etmək siyasətini davam etdirir.
İran hakimiyyət orqanları məhkəmə toxunulmazlığı ilə İranda və xaricdə insan alveri cinayətlərini törət-basdır etməkdə davam edir, onlara məhəl qoymur və bu problemin həlli üçün qanun icraçılarına hesabat vermir”, – deyə, Dövlət Departamentinin hesabatında qeyd olunub.