Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
23:01 | 20 iyul 2022 | Çərşənbə
Məqaləyə 1063 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Avropa İttifaqının (Aİ) səfirləri Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Moskva üzərinə sanksiyaların yeni dövrəsini qəbul ediblər. Sanksiyaların sayca 7-ci paketinə Rusiyadan qızıl idxalına qadağan və Rusiyanın ən böyük bankı – Sberbankın Aİ ərazisindəki aktivlərinin dondurulması daxildir.
Hazırda Avropa İttifaqının rotasiyalı prezidenti olan Çex Respublikası bildirib ki, sanksiyaların yeni paketi Aİ ilə Böyük yeddilərin Rusiyaya münasibətdə mövqelərini uyğunlaşdırıb.
Məlumatda deyilir ki, yeni sanksiyalar paketinə mövcud sanksiyaların tətbiqini möhkəmləndirən və onlardan yayınma yollarını bağlayan tədbirlər daxildir.
G7 qrupu Rusiyadan qızılının idxalına hələ iyun ayında qadağan qoyub.
Bir sıra başqa sənayeləşmiş ölkələr də Rusiyadan qızıl idxalını qadağan ediblər.
Rusiyanın zəngin adamları beynəlxalq sanksiyaların ağrısını azaltmaq üçün qızıl alırlar.
Bundan başqa qızıl ixracı Rusiyaya neft və qazdan sonra ikinci ən böyük gəlir gətirən sahədir.
***
Avropa İttifaqı Komissiyanın prezidenti Ursula fon der Leyen Rusiyaya qarşı məhz bu tədbirləri təklif etmişdi.
O demişdi ki, bu sanksiyalar Rusiyaya qarşı indiyədək qəbul edilmiş sanksiyaları sərtləşdirəcək və onların 2023-cü ilin yanvarınadək uzadılmasına imkan verəcək.
Xanım fon der Leyen demişdi ki, “Moskva öz təcavüzünə görə ağır bədəl ödəməkdə davam etməlidir”.
Moskvaya qarşı sanksiyaların yeni paketinə habelə Ukraynaya qarşı müharibə üçün məsuliyyət daşıyan şəxslərin səfər və mülkiyyət qadağanı siyahısına salınması daxildir.
Bununla eyni zamanda Rusiyanın ərzaq və gübrə ticarəti ilə bağlı bəzi banklarının üzərindəki sanksiyalar qaldırılıb.
Çexiya hökuməti bildirir ki, buna səbəb Moskvanın ərzaq böhranına görə Aİ-ni ittiham etməsidir.
Məlumatda deyilir ki, sanksiyalar dünya boyunca ərzaq və enerji təhlükəsizliyinə hədə yaratmamalıdır.
Yeni sanksiyaların iyulun 21-dən qüvvəyə minəcəyi xəbər verilib.
Aİ-nin bundan əvvəlki 6 sanksiya paketi Rusiya iqtisadiyyatını, maliyyə sistemini, mərkəzi bankını, prezident Vladimir Putin və onun yaxın çevrəsi də daxil, yüksək vəzifəli Rusiya rəsmilərini hədəfləyib.