İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:09 | 23 iyul 2022 | Şənbə
Məqaləyə 1156 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibafın ailə üzvlərinin bahalı bazarlığının fotolarını dərc etmiş bloqerə iki il kəsilib və onun media ilə bağlı fəaliyyətinə qadağan qoyulub.
Sosial media fəalı Vahid Əştarinin yaydığı xəbər bir çox İran ailələrinin yoxsulluq içində olduğu bir vaxtda cəmiyyətdə kəskin hiddətə səbəb olmuşdu.
Əştari iyulun 21-də onun barəsində çıxarılmış məhkəmə hökmü ilə bağlı tvit yazıb.
Bu hökmə görə Əştari habelə özünün bütün sosial media hesablarını bağlamalıdır.
Əştari yazır ki, müstəntiq onun işinə heç bir sənədləri nəzərdən keçirmədən baxıb və dərhal da hökm çıxarılıb.
Fəalın ötən apreldə dərc etdiyi fotolarada Qalibaf ailəsinin bəzi üzvlərinin Türkiyədə alış-verişdən gəldiyi əks olunmuşdu.
Ailənin lüks uşaq arabası da daxil, yüklərinin sayı 20-yə çatırdı.
***
Bu post dərc edildikdən sonra Türkiyədə başqa bir jurnalist Qalibafın arvadının İstanbulda dəyəri 1.6 milyon dollar olan iki mənzil aldığını xəbər verib.
Qalibafın tərəfdarları iddia edirdilər ki, bu məsələnin faş olmasını spikerin rəqibi olan mühafizəkarlar təşkil ediblər.
Bu da xəbər verilir ki, Əştarinin həqiqətən də prezident Mahmud Əhmədinejadın dövründə İranın baş nüvə danışıqçısı olmuş ifrat mühafizəkar Səid Cəlili ilə bağlılığı var.
Qalibaf aprelin 30-da parlamentdə keçirilən qapalı sessiyada deyib ki, o ailəsinin Türkiyəyə bazarlıq səfərinin əleyhinə olub.
Xəbər verilir ki, ötən ildən bəri mühafizəkar siyasətçilər İran prezidentinin administrasiyasında və parlamentdə vəzifələrə nəzarəti ələ alıblar.
Bəziləri qeyd edirlər ki, Əştarinin həbsi mühafizəkarların arasında yer alan hakimiyyət çəkişməsinin nəticəsidir.
İranda hökumət Telegram da daxil əksər sosial media platformalarını bloklayıb.
Buna baxmayaraq bir çox iranlılar qadağan olunmuş platformalardan istifadəni davam etdirirlər.