
“Bizə dəyməyin, dəyməyin”
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
... Hayfada vurduğu məscidin və öldürülən müsəlman din xadimlərinin hesabatını versin
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
Baş yepiskop həbs olundu
Rusiya eyni səhvi Ermənistanda etmək istəmir ...
Ermənistan Qərbə niyə yaxınlaşır?
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Azərbaycanın axtarışa verdiyi Karapetyan İrəvanda həbs olunub
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Ermənistan illərlə onu müdafiə edən, yedizdirən, ayaqda tutan rejimi satdı
Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün verdiyi bəyanatlar onun hərb yoxsa sülh dilemması arasındakı çırpıntılarının mahiyyətini anlamağa kömək edir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın sonuncu Brüssel danışığından sonra Ermənistandakı hərbi-siyasi dairələr hərbi avantüra üçün arqument tapdılar.
Bu arqumentin onlara Paşinyan tərəfindən fiziki cəhətdən verilib-verilmədiyi aydın da deyil, amma üzdə olan budur ki, revanşistlər baş nazirin mövqeyindən və ya mövqesizliyindən vəcdə gələrək regionda hərbi-siyasi şəraiti dəyişdirməyə cəhd ediblər.
Nikol Paşinyan parlamentdəki çıxışında Azərbaycanın bəzi ərazilərə nəzarəti bərqərar etdiyini deyib, ardınca isə imzalana biləcək hansısa sənəddən, verə biləcəyi çətin qərarlardan söz açıb və sonra bunu danıb.
Paşinyan erməni cəmiyyətin həmin sənədə öyrəşdirmək üçün ilk nəbz yoxlanışını həyata keçirdi və hər nə qədər təkzib etməyə çalışsa da, Azərbaycanın şərtləri əsasında onun masasına yeni tələblər sənədi qoyulduğu aydındır.
Paşinyan həmin sənədin konseptual baxışlarını dilə gətirdi, “yəni belə bir məsələ var, hazır olun” mesajını erməni cəmiyyətinin şüuruna yeridir.
Ancaq sənədin detallarının dəqiqləşdirilməsi məsələsində mübahisələr var, bununla belə əminlik artır ki, tənzimləmələrdə Azərbaycanın şərtləri ön planda tutulacaq.
Paşinyanın çıxışından sonra Ermənistanda hökumət əleyhinə aksiyalar başlayıb və “erməni xalq hərəkatının” budəfəki mərhələsi əslində elə Paşinyanın özünün üçlü oyunu davam etdirməsinə şərait yaradır.
Birinci, Paşinyan bununla hələ də beynəlxalq aləmdən dəstək ummaq meylini inkişaf etdirir.
İkinci, Azərbaycan tərəfinə mesaj verir ki, “xalq buna hazır deyil və müharibə istəyir”. Yəqin hesablama mexanizmini belə qurub ki, bununla Azərbaycanın tələblər silsiləsinin icrasını təxirə salan bir atmosfer yaransın.
Üçüncü, nə qədər təəccüblü görünsə də, proseslərlə özünün baş nazir kürsüsünü bərkidir.
Hesab edirəm ki, bir çoxunun düşündüyünün əksinə olaraq, Paşinyanın devrilməsi ehtimalları çox azdır, çünki bu hüdud xətti hələ tam formalaşmayıb.
Paşinyan xarici siyasətdə bərbad bir reputasiyaya malik olsa da, o, öz hakimiyyətini möhkəmləndirmək üçün göstərdiyi bicliklərdə müstəsna qabiliyyətlərə malikdir.
Paşinyanın hərəkətləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, daha doğrusu Xankəndi də vəziyyəti qarışdırıb, əslində bu amillər Bakının əlini gücləndirir.
Paşinyanın çıxışının Xankəndidə əks-səda doğurması elə Paşinyan üçün də keçərlidir, çünki Qarabağ mövzusu artıq ona əlavə başağrısı verir, hərçənd ki, hərdənbir fərqli mövqelər də nümayiş etdirir.
Bir sözlə, Paşinyan bir daşla bir neçə quş vurmağa çalışır, burada isə Azərbaycanın maraqlarına uyğun olan mövqe ilə yanaşı, Bakının əleyhinə olan davranışlar da az deyil.
Ona görə ki, Paşinyan nə qədər biclik etsə də və bu hiylələrinin üzərinə müxtəlif epitetlərlə makiyaj çəksə də, nəticədə erməni cəmiyyətində revanşist duyğular yenidən üzə çıxır.
Azərbaycan isə Ermənistan ictimai-siyasi ruhundakı qisasçılıq hisslərinə hərbi müdaxilə ilə cavab verməyi adekvat addım hesab edir və bunun üçün kifayət qədər haqlı əsaslar mövcuddur.