İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:14 | 29 sentyabr 2022 | Cümə axşamı
Məqaləyə 1887 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ silahlı qüvvələri sentyabrın 28-də İraqın şimalında İrana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə Amerika Mərkəzi Komandanlıq Qərargahı (CENTCOM) sentyabrın 29-u səhər saatlarında verdiyi açıqlamada bildirilir.
Məlumata görə, sentyabrın 28-i yerli vaxtla saat 14:10-da Amerika qüvvələrinin İraqın şimalında yerləşən Ərbil şəhəri istiqamətində hərəkət edən İrana məxsus pilotsuz təyyarəni vurduğunu açıqlayıb.
Məlumatda bildirilir ki, İrana məxsus pilotsuz uçan aparat “Mohajer-6” tipli olub.
Amerika rəsmilərinin sözlərinə görə, o, regionda mövcud olan Amerika qüvvələri üçün təhlükə hesab edilib.
Amerikanın İran PUA-sını vurması SEPAH-ın İraqın şimalında Tehran hökumətinə müxalif kürd qüvvələrinə qarşı geniş hava hücumları həyata keçirdiyi vaxta təsadüf edir.
CENTCOM-un məlumatına görə, İraqın şimalında SEPAH-ın həyata keçirdiyi hücumlar günahsız mülki əhalinin həyatını təhdid edir və regionun sabitliyi üçün təhlükə törədir.
SEPAH-ın İraqın şimalına raket, artilleriya və dron hücumlarından sonra İraq hökuməti sentyabrın 28-də İranın Bağdaddakı səfirini çağırıb və bu hücumlara görə Tehran hökumətinə etirazını bildirib.
Amerika və Böyük Britaniya xarici işlər nazirlikləri də sentyabrın 28-də ayrı-ayrı bəyanatlarında SEPAH-ın Şimali İraqın Kürd bölgəsinə endirdiyi hava hücumunu İraqın milli suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriblər.
Verilən məlumatlara görə, İranın hücumları nəticəsində 9 nəfər həyatını itirib, onlarla insan yaralanıb.