İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
17:35 | 10 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1456 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
İsraildə Motti Aşkenazi deyilən bir oğru varmış. Adam həm də narkomanmış. Dəfələrlə həbs olunur. 1997-ci ildə keçirilən sonuncu məhkəmədə xırda oğurluq üstündə tutulan Mottiyə ev həbsi cəzası verilir.
Motti ev həbsinin qaydalarını pozur. Dəniz sahilində gəzməyə çıxır. Həmin gün tədris ilinin son günü imiş, uşaqların çoxu məktəbdən çıxıb, özünü birbaşa dənizə veribmiş. Çimərlik başdan-ayağa portfellərlə, sahibsiz çantalarla dolu imiş.
Motti də istəyir ki, bir balaca, əliuzunluq eləsin. Gözünə yekə, bahalı bir çanta sataşır. Baxır yaxında heç kim yoxdur, hamı dənizdə. Əlini atır çantanın içinə ki, tez pulqabını götürüb, aradan çıxsın. Qəfildən əlinə çoxlu mismar batır. Açır çantanı, ətrafında məftillər dolaşmış böyük bir qutunun içərisində bomba görür. Ətrafda isə yüzlərlə uşaq var.
Motti çantanı götürüb, qaçmağa başlayır. Qeul küçəsində gözünə dəyən ilk boş yarımtikiliyə girir, çantanı ora atır. Sonra telefon köşkünə tərəf qaçıb polisə zəng edir: ”Danışan Motti Aşkinazidir. Mən bomba tapmışam. Təcili minaaxtaranlar lazımdır”. Polislər məlumat bazasından Mottinin adını tapıb kim olduğunu müəyyən edirlər. Ona məsləhət verirlər ki, narkotikdən istifadə eləməsin: “Özün də get evinə. Ev həbsini pozmağın cəriməsi ağırdır”, – deyib dəstəyi asırlar.
Çarəsiz qalan Motti yenə qaçır Qeul küçəsindəki yarımçıq tikiliyə. Qışqıra-qışqıra ətrafdakı zibil konteynerlərlə maşın yolunu bağlayır. Hamı dəyir bir-birinə. Polis gəlib Mottini həbs edir. Hər ehtimala qarşı bomba xəbərinin yoxlamaq qərarına gəlirlər. Məlum olur ki, yarımtikilinin içərisində nəhəng bir ərazini məhv etməyə qadir 5 kq ağırlığında partlayıcısı olan və mismarlara bürünmüş bomba var. Bütün küçə bağlanır və təcili çağırılan minaaxtaran qrup partlayıcını zərərsizləşdrir. Sonradan müəyyən olunur ki, həmin bombanı çimərliyə 3 ay əvvəl Tel-Əvivdəki “Apropo” kafesini partladan terrorçu gətiribmiş.
Hadisədən sonra Motti Aşkinazi İsrailin qəhrəmanına çevrilir. Bütün ölkə ondan danışır, qəzet və televiziyalar reportajlar üçün növbəyə yazılır. Müsahibələrdən birində “Niyə o bombanı götürüb qaçırdın, əlində bomba ilə tutulsaydın, heç kimi inandıra bilməzdin ki, sən onu tapmısan” sualına Motti möhtəşəm cavabı verir: “O sahildə yüzlərlə yəhudi uşağı vardı. Onlara heç nə olmasın, mən otuz il də artıq həbs yatardım”.
Məhkəmə qərarı ilə Motinin üzərindəki ittiham qalxır və ev həbsi ləğv edilir, özünə də sahilboyu nəzarətçi kimi işə götürürlər.
Bu günlərdə həmin qəhrəmanın 50 yaşı tamam olub. 5 uşaq atası olan M.Aşkenazi hazırda Tel-Əviv sahil güvənliyi müfəttişidir. O oğrularla mübarizə aparır və sahildəki əşyalara qarşı aşırı diqqətcildir.